Avtomobil sənayesində nəhəng tərəfdaşlıq üçün ilk addım
Yaponiyanın avtomobil şirkətləri - Honda və Nissan rəsmən birləşmək danışıqlarına başlayıblar. İki şirkətin birləşməsi ilə dünyanın 3-cü ən böyük avtomobil şirkəti yaranacaq. Danışıqların təxminən 2025-ci ilin iyununda başa çatdırılması planlaşdırılır.Honda və Nissan öz bəyanatlarında mümkün birləşmə üçün danışıqlarına başladıqlarını açıqlayıblar.
Marja.az xəbər verir ki, iki şirkətin birləşməsi avtomobil satışlarına görə, Toyota və Volkswagen-dən sonra dünyanın üçüncü ən böyük avtomobil qrupunu yaradacaq.
Honda Yaponiyanın ikinci, Nissan isə üçüncü ən böyük avtomobil istehsalçısıdır. Bu iki Yapon markasının birləşməsi, Fiat Chrysler Automobiles və PSA-nın 2021-ci ildə birləşərək 52 milyard dollar dəyərində Stellantis-i yaratmalarından bəri qlobal avtomobil sənayesində ən böyük börləşmə olacaqdır.
Nissan-ın ən böyük səhmdarı olduğu Mitsubishi Motors-un da birləşmənin bir hissəsi olacağı gözlənilir.
Hər üç şirkətin baş direktorları Tokioda birgə mətbuat konfransı keçiriblər.
"Çinli avtomobil istehsalçılarının və yeni oyunçuların inkişafı avtomobil sənayesini əhəmiyyətli dərəcədə dəyişib" - Honda-nın baş direktoru Toşihiro Mibe mətbuat konfransında deyib.
"Biz 2030-cu ilə qədər onlarla (Çinin avtomobil istehsalçıları - red) mübarizə aparmaq qabiliyyətimizi inkişaf etdirməliyik, əks halda məğlub olacağıq", - Mibe bildirib.
Mümkün birləşmə ilə iki şirkətin cəmi 30 trilyon yen (191 milyard dollar) satış və 3 trilyon yen üzərində əməliyyat mənfəəti hədəfləyəcəyi bildirilib.
Danışıqların təxminən 2025-ci ilin iyununda başa çatdırılması və daha sonra 2026-cı ilin avqustuna qədər holdinqin yaradılması planlaşdırılır. Bu tarixdən sonra hər iki şirkətin səhmləri birjadan çıxarılacaq.
Honda-nın bazar dəyəri 40 milyard dollardan çox olduğu halda, Nissan-ın dəyəri təxminən 10 milyard dollardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)





