Trampın oğlundan Bitcoin proqnozu: Əminəm ki, qiyməti 1 milyon dollara çatacaq
Bitcoin MENA konfransında çıxış edən ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın oğlu Erik Tramp Bitcoin-in qiymətinin1 milyon dollara çatacağını və hər kəsin diqqətini daha çox çəkəcəyini bildirib. Erik Tramp ABŞ-ın kriptovalyuta üçün qlobal mərkəz olacağını, Bitcoin-in isə inqilabi bir aktiv olduğunu söyləyib.
Prezidentliyi dövründə kriptovalyutalara qarşı daha skeptik (şübhəli) mövqe tutan Donald Tramp 2024-cü il seçkilərindəki qələbəsindən sonra bu sahəyə daha dəstəkləyici yanaşmağa başlayıb.
Marja xəbər verir ki, Donald Trampın oğlu Erik Tramp (Eric Trump) Bitocin MENA konfransına qatılanlara diqqət çəkən açıqlamalar verib.
20 yanvar 2025-ci il tarixində vəzifəsinin icrasına başlayacaq Donald Tramp kriptovalyuta aktivlərinə qarşı dəstək siyasəti aparacğını vəd edib.
Bitcoin MENA konfransında çıxış edən Donald Trampın oğlu Erik Tramp Bitcoin-ə olan sevgisini və onun gələcək potensialına inandığını bildirib.
Erik Tramp deyib: “Bitcoin çox xoşuma gəlir. Onun bizim qəlbimizdə çox xüsusi yeri var. Bu gələcəkdir. Bitcoin 100 min dollara çatanda bir çox insanın gözünü açdığını gördük. Mən əminəm ki, Bitcoin-in qiyməti 1 milyon dollara çatacaq və daha çox insanın diqqətini cəlb edəcək".
“Bitcoin hər şeydən güclü olmaq potensialına malikdir”
Bitcoin-in maliyyə dünyasında köklü dəyişiklik yaratdığını vurğulayan Tramp, “Bürc Xəlifənin tikintisi üçün betonumuz Çikaqodan gəldi. Ailəmiz daşınmaz əmlak sənayesində köklü bir tarixə malikdir. Lakin biz ilk dəfədir ki, belə bir inqilabi aktiv görürük. Bitcoin indiyə qədər gördüyümüz hər şeydən daha güclü olmaq potensialına malikdir", - deyib.
“ABŞ qlobal kriptovalyuta mərkəzi olacaq”
Erik Tramp deyib ki, o, atası Donald Trampın “kripto-prezident” olacağına və ABŞ-ı kriptovalyuta sənayesində qlobal mərkəzə çevirəcəyinə inanır. Gary Gensler və digər adların kripto sənayesinə qarşı "müharibə" apardığını qeyd edən Tramp, atasının bu sənayeni dəstəkləməkdə qərarlı olduğunu bildirib.
“Bu, həqiqətən maliyyənin gələcəyidir” deyən Tramp, atasının rəhbərliyi altında Amerikanın kriptovalyuta sahəsində qabaqcıl olacağını vurğulayıb. O, həmçinin Donald Trampın kriptokonfransda çıxış edəcək ilk prezident olacağını bəyan edərək, bunun onun sənayeyə dəstəyini göstərəcəyini bildirib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 12 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
-
14 saat əvvəl
Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
-
14 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Azər-Türk Bank” səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azercell Amazon ilə tərəfdaşlıq qurur

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
Ən çox oxunanlar

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Əliyev Putinə zəng edib

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur
