Dünya Bankı Orta dəhlizin inkişafı üçün Türkiyəyə 660 milyon dollar ayırır
Dünya Bankının Direktorlar Şürası Türkiyənin elektrik dəmir yolu nəqliyyatını inkişaf etdirmək səylərini dəstəkləmək üçün 660 milyon ABŞ dolları məbləğində maliyyə dəstəyini təsdiqləyib.
Bu barədə bankın məlumatında bildirilir.
Kreditin ayrılması ilə bağlı qərar dekabrın 5-də qəbul edilib. Vəsait Türkiyənin şərqində, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) bir hissəsi olan Divriği-Qars hissəsində dəmir yolu bağlantısının yaxşılaşdırılmasına yönəldiləcək.
Layihə dizel qatarlarının elektrik qatarları ilə dəyişdirilməsini və Sivasın Divriği ilçəsi ilə Gürcüstanla sərhəddə yerləşən Qars arasındakı 660 kilometrlik dəmir yolunun tam elektrikləşdirilməsini və modernləşdirilməsini nəzərdə tutur. Layihə dörd əyaləti - Sivas, Ərzincan, Ərzurum və Qarsı birləşdirəcək və marşrut boyunca təxminən 600 min sakinə fayda verəcək. O, həmçinin yerli biznes və kənd təsərrüfatı müəssisələrinə əhəmiyyətli dəstək vermək məqsədi daşıyır.
“Layihə başa çatdıqdan sonra dəmir yolu ilə yükdaşıma qabiliyyəti ildə təqribən 750 min tondan 20 milyon tona yüksələcək ki, bu da TBNM-dəki əsas dar boğazı aradan qaldıracaq”, - məlumatda deyilir.
Həmçinin layihənin 2030-cu ilə qədər ildə 72 332 ton karbon emissiyasının qarşısını alacağı gözlənilir ki, bu rəqəmin 2060-cı ilə qədər ildə 245 835 tona yüksələcəyi proqnozlaşdırılır.
Layihənin ümumi dəyəri 800 milyon ABŞ dolları həcmində qiymətləndirilir.
Qeyd edək ki, Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyədən keçən və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat marşrutudur. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 7 saat sonra
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
6 saat əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
7 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
7 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
7 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
7 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Ən çox oxunanlar
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ







.jpg)















