PMD Projects və Design Bureau BİG 5 Global sərgisində iştirak edirlər
Hər iki şirkət innovativ inşaat təcrübələrini genişləndirmək məqsədilə əməkdaşlıq imkanlarını araşdıraraq yeni beynəlxalq tərəfdaşlıqlar qurmağı hədəfləyirlər.(®) PMD Projects və Design Bureau innovativ tikinti və layihələndirmə şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində Big 5 Global sərgisində iştirak edirlər.
Sərgidə şirkətlər layihələrinin geniş portfelini təqdim edir, potensial tərəfdaşları fəaliyyət istiqamətləri haqqında ətraflı məlumatlandırırlar.
Vahid pavilyon altında iştirak edən hər iki şirkət innovativ inşaat təcrübələrini genişləndirmək məqsədilə əməkdaşlıq imkanlarını araşdıraraq yeni beynəlxalq tərəfdaşlıqlar qurmağı hədəfləyirlər.
Qeyd edək ki, ümumilikdə 100-dən çox inşaat layihəsini həyata keçirən PMD Projects 2024-cü ildə “Zəfər” parkı, “Hilton Garden Inn” oteli, “SCANDENS PI” dərman zavodu, “Central Point” oteli, Ağdam şəhərində “İmarət” Kompleksi, “Ağdam Yaşayış Kompleksi” – Faza 1, “Paşa Bank”ın Şuşa filialı, “Kapital Bank”ın Zaqatalada ofisi və filialı kimi layihələrin icrasını həyata keçirib.
Cari il ərzində layihələndirilməsi Design Bureau tərəfindən aparılan Ağdam “İmarət” Stadionunun təməli qoyulub, ADA İbtidai Məktəbi layihələndirilib və müəllif nəzarəti altında tikilməsi həyata keçirilib. Şirkət tərəfindən ilkin konsepti hazırlanan “Aghdam City Hotel” fəaliyyətə başlayıb və “İmarət” Kompleksinin açılışı həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
6 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























