ADY və Çinin Sian Limanı Orta Dəhlizlə yükdaşımaların artırılması üçün əməkdaşlığı genişləndirir
Bakı–Tbilisi–Qars dəmiryol xəttinin genişləndirilməsi və yük ötürücülük qabiliyyətinin ildə 5 milyon tonadək artırılması Şərq-Qərb istiqamətində yük axınının sürətləndirilməsinə imkan verir.25 noyabr tarixində “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Çin Xalq Respublikasının Sian Beynəlxalq Limanının nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə ADY sədri Rövşən Rüstəmov Azərbaycanla Çin arasında Orta Dəhlizlə yükdaşımalar sahəsində əməkdaşlığın inkişaf etdiyini, bunun bariz nümunəsi kimi ötən gün ilk dəfə olaraq ixrac yüklərinin Bakıdan dəmiryol nəqliyyatı ilə Çinə yola salındığını bildirib.
Qeyd olunub ki, bu tarixi hadisə ilə iki ölkənin iqtisadi və nəqliyyat əlaqələri yeni mərhələyə qədəm qoyub və beləliklə, həm Şərqdən Qərbə, həm də əks istiqamətə yükdaşımaların həyata keçirilməsi Orta Dəhlizin səmərəliliyini daha da artırır. ADY Çinlə əməkdaşlığı Kəmər və Yol Təşəbbüsü və Avrasiya Nəqliyyat Marşrutu çərçivəsində də intensiv inkişaf etdirməkdə maraqlıdır.
Bildirilib ki, ADY Azərbaycanın beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi və ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə yükdaşımaların artırılması məqsədilə bir sıra önəmli layihələr həyata keçirir. Bakı–Tbilisi–Qars dəmiryol xəttinin genişləndirilməsi və yük ötürücülük qabiliyyətinin ildə 5 milyon tonadək artırılması Şərq-Qərb istiqamətində yük axınının sürətləndirilməsinə imkan verir.
Çinin Sian Beynəlxalq Limanının (“Xi'an International Port”) İdarəetmə Komitəsinin direktoru Sun Yimin və “Xi’an Free Trade Port Construction and Operation Co Ltd”nin baş direktoru Yuan Xiaojun Azərbaycanın nəqliyyat-logistika qurumları, o cümlədən ADY ilə əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini deyib, Orta Dəhlizin yük həcmlərinin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, yola salınmış Bakı–Sian ilk ixrac blok-qatarı 62 ədəd 40 futluq konteynerdən ibarətdir. Bu yük Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrutla Çinə göndərilməsi planlaşdırılır.
Xatırladaq ki, 2024-cü ilin əvvəlindən Çin Xalq Respublikasından Azərbaycan istiqamətinə 280 konteyner blok-qatarı yola salınıb. Bu ilin sonuna kimi Çindən müvafiq marşrut üzrə 300-dən çox konteyner blok-qatarının Azərbaycana qəbul edilməsi nəzərdə tutulub. 2025-ci il üçün blok-qatar sayının 3 dəfədən çox artırılaraq 1000-ə çatdırılması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























