Problemləri həll etmək üçün ixtisarlar və zavodların bağlanması lazımdır - Volkswagen-in baş direktoru
Volkswagen markasının baş direktoru Tomas Şefer, xərcləri azaltmaq üçün işdən çıxarmaların və zavodların bağlanmasının qaçınılmaz olduğunu açıqlayıb. O, Avropada əməkhaqqı xərclərinin artması və tələbatın azalması səbəbindən şirkətin restrukturizasiyaya getməli olduğunu bildirib.Volkswagen Qrupunun "qanadları" altında olan Volkswagen (VW) markasının baş direktoru Tomas Şefer (Thomas Schaefer) verdiyi müsahibəsində xərcləri 4 milyard avro azaltmaq üçün işçilərin ixtisarının və zavodların bağlanmasının zəruri olduğunu bildirib.
Marja.az xəbər verir ki, Şeferin açıqlamaları dekabr ayından bəri davam edən işçilərin həmkarlar ittifaqları ilə mübahisəsini daha da dərinləşdirib. Həmkarlar ittifaqları bu yaxınlarda avtomobil istehsalçısını tətillə hədələyiblər və şirkətdən əməkhaqqı ilə bağlı davam edən danışıqlarda həm zavodların bağlanması, həm də böyük ixtisarın daxil olmadığı həllər təklif etməyi tələb ediblər.
Schaefer açıqlamasında deyib:
"Həll yolu istehsal gücü və xərcləri azaldılmalıdır. Biz bu problemi müvəqqəti həll yolu ilə təxirə sala bilmərik, çünki bu, ciddi şəkildə geri qayıdacaq və gələcəkdə bizi çətin vəziyyətə salacaq."
“Bu proses çox uzun vaxt aparacaq. Həmçinin 2035-ci ilə qədər təxirə salınmasının mənası yoxdur. O vaxta qədər rəqiblərimiz artıq bizi geridə qoymuş olacaqlar" deyən Şefer, VW-də yenidənqurma prosesinin 3-4 il ərzində tamamlanmalı olduğunu qeyd edib.
Volkswagen işçilərin ixtisarı və zavodların bağlanması ilə yanaşı, cari müzakirələrin əsas maddələrindən biri olan VW AG bölməsinin işçilərindən maaşlarının 10 faiz azaldılmasını da tələb edir.
Şefer, Avropada tələbin qısa müddətdə ciddi bir canlanma göstərməsinin gözlənilmədiyini qeyd edib. O, həmçinin bildirib ki, Volkswagen-in Almaniyadakı zavodlarında işçi qüvvəsi xərcləri rəqibləri və şirkətin Cənubi və Şərqi Avropadakı zavodlarından təxminən iki dəfə yüksəkdir.
Volkswagen səyləri 7,5 milyard avro mənfəət təmin edəcək
Davam edən xərclərin azaldılması səylərinin təxminən 7,5 milyard avro mənfəətlə nəticələndiyini bildirən Şefer, əlavə 4 milyard avroya qənaət edilməsi lazım olduğunu bildirib. O, şirkətin Almaniyadakı zavodlarının bağlanmaması üçün hələlik heç bir şans görmədiyini və potensial bağlanmaların təkcə avtomobil istehsal müəssisələrini deyil, həm də komponent istehsal müəssisələrini əhatə edə biləcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)







