Qlobal bazarlarda dolların bahalaşması davam edir - SON 2 İLİN ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATDI
Dolların əsas valyutalar qarşısında performansını göstərən dollar indeksi 2022-ci ilin noyabrından bu yana ən yüksək səviyyəyə qalxaraq 107,73 səviyyəsinə yüksəlib.Dolların əsas valyutalar qarşısında performansını göstərən dollar indeksi 2022-ci ilin noyabrından bu yana ən yüksək səviyyəyə qalxaraq 107,73 səviyyəsinə yüksəlib.
Marja.az xəbər verir ki, Avro da dollar qarşısında 1,0394 səviyyəsinə düşərək (Bakı vaxtı ilə saat 14:10-a olan məlumat) 2022-ci il dekabrın 1-dən bəri ən aşağı səviyyəyə geriləyib.
Avro Bölgəsindəki PMI məlumatlarının xidmət sektorunun noyabr ayında daraldığına və istehsal sektorunda tənəzzülün davam etdiyinə işarə etməsindən sonra valyuta bazarında aktivlik müşahidə edilib.
Avro dollar qarşısında son həftədə 1,5 faiz, ayın əvvəlindən isə 4,3 faiz dəyər itirib.
Trampın dollara təsiri
ABŞ-da 5 noyabr seçkilərində qalib gələn Trampın həyata keçirəcəyi siyasətlərin Avrozona iqtisadiyyatını yavaşlatacağı və bunun AMB-nin faiz dərəcələrini FED-dən daha sürətli endirməsinə səbəb olacağı gözləntiləri ucuzlaşmada rol oynayır.
S&P Global tərəfindən tərtib edilən ilkin kompozit Avrozona Satınalma Menecerləri İndeksi (PMI) noyabrda 48,1-ə düşüb, son 10 ayda ən aşağı səviyyəsi olub və iqtisadi artımı azalmadan ayıran 50 səviyyəsindən aşağı qalıb.
İqtisadçılar, PMI-nin oktyabr ayında qeydə alınmış 50 səviyyəsindən heç bir dəyişiklik göstərməyəcəyini proqnozlaşdırdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























