Microsoft-dan Donald Trampa çağırış
Microsoft rəhəbri və baş hüquq işçisi Bred Smit ABŞ-ın yeni administrasiyasını dövlət tərəfindən dəstəklənən kiberhücumlara qarşı daha sərt yanaşmağa çağırıb.“Microsoft” şirkətinin rəhbəri və baş hüquq işçisi Bred Smit (Brad Smith) ABŞ hökumətini Rusiya, Çin və İran kimi ölkələrdən dövlət tərəfindən dəstəklənən kiberhücumlara qarşı daha sərt mövqe tutmağa çağırıb.
Marja.az xəbər verir ki, Financial Times-a danışan Smit, kibertəhlükəsizliyin beynəlxalq münasibətlərdə daha prioritet məsələyə çevrilməli olduğunu bildirib.
“Kiberhücumlara dözmək olmaz”
Smith, Donald Tramp administrasiyasının bu hücumlara qarşı daha sərt tədbirlər görməsi lazım olduğunu qeyd edərək, "Bu gün qarşılaşdığımız hücum səviyyəsinə əsla dözməməliyik" deyib. ABŞ şirkətlərinə qarşı "ransomware" hücumlarının əhəmiyyətli dərəcədə artdığını ifadə edən Smith, bu hücumların bəzi hallarda Rusiya hökuməti tərəfindən dəstəkləndiyini vurğulayıb.
Ötən həftə ABŞ təhlükəsizlik agentlikləri Çini Amerika telekommunikasiya şəbəkələrini hədəf alan genişmiqyaslı kibercasusluq kampaniyası aparmaqda ittiham edib.
Bayden rəhbərliyinin kibertəhlükəsizlik sahəsində ciddi irəliləyiş əldə etdiyini, lakin daha çox iş görülməsi lazım olduğunu qeyd edən Smith, "Bu hücumların qarşısını almaq və digər ölkələri bu cür hərəkətlərdən çəkindirmək üçün daha çox addımlar atılmalıdır" deyib.
Bred Smitin açıqlamaları Microsoft-un öz təhlükəsizlik standartlarının müzakirə mövzusu olduğu dövrə təsadüf edib. Mart ayında açıqlanan ABŞ Kibertəhlükəsizliyi Nəzarət Şurasının hesabatında Microsoft-un təhlükəsizlik tədbirləri qeyri-adekvat olaraq təsvir edilmiş və çinli hakerlərə Microsoft-un bulud sistemlərində yerləşdirilən ABŞ-ın yüksək vəzifəli məmurlarına məxsus yüzlərlə e-poçt hesablarına daxil olmaq imkanı verən səhvlər müəyyən edilmişdir.
Tənqiddən sonra Microsoft-un baş direktoru Satya Nadella şirkətin təhlükəsizliyi “hər şeydən üstün tutacağını” və işçilərin maaşlarını təhlükəsizlik performanslarına bağlayacağını açıqlamışdı.
Microsoft həmçinin keçən iyul ayında təhlükəsizlik yeniləməsi zamanı baş verən qlobal İT kəsilməsi kimi hadisələrdən müştərilərin daha tez "sağalmasına" kömək etmək üçün Windows əməliyyat sistemində dəyişikliklər etməyi planlaşdırır.
Texnologiya sektorunun ümumi vəziyyəti ilə bağlı qiymətləndirmələr edən Smit, ikinci Tramp administrasiyasının sektora təsirlərini qiymətləndirməyin hələ tez olduğunu bildirib. O, xüsusilə ABŞ-da birləşmə və satınalma qaydalarında mümkün yumşalmaların digər ölkələrdəki ciddi nəzarətlərlə balanslaşdırılmalı olduğunu bildirib.
Smit Bayden administrasiyasını tənqid edib
Həmçinin Smit Bayden administrasiyasının süni intellekt çipləri üzərində ixrac nəzarətini tənqid edib və Amerika rəqəmsal texnologiyalarının, xüsusən də Yaxın Şərq və Afrikaya ixracını sürətləndirməyə çağırıb:
"Amerika texnologiyasının Çin texnologiyası kimi dünyanın digər hissələrinə tez çatmasını təmin etməliyik."
Microsoft-un araşdırmasına görə, şirkətin müştəriləri hər gün 600 milyondan çox kiberhücuma məruz qalır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















