İşsizlikdən Sığorta Fondunun adının dəyişdirilməsi təklif olunur
Milli Məclisdə İşsizlikdən Sığorta Fondunun adının dəyişdirilməsi təklif olunur.
Bununla bağlı Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı danışıb.
Onun sözlərinə görə, növbəti il İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 76%-i özəl sektorun payına düşəcək.
Deputat Fondun xərclərində də işsizlikdən sığortaya görə ödənilən vəsaitlərin həcminin də 17 milyon manat proqnozlaşdırıldığını söyləyib. V.Bayramov qeyd edib ki, bu da İşsizlikdən Sığorta Fondunun xərclərinin 6,5 %-i deməkdir, qalan 93,5 % digər istiqamətlərə yönəldiləcək.
Milli Məclisin üzvü hesab edir ki, yəni Fondun adında “işsizlikdən sığorta” sözü olsa belə, Fondun xərclərindən işsizlikdən sığortaya ayrılan vəsait ümumi xərclərin cəmi 6,5 %-idir:
"Ona görə də Fondun adının dəyişdirilməsini təklif edirəm. Sahil Babayev də bildirmişdi ki, növbəti il 77 milyon manat özünüməşğulluq proqramına yönəldiləcək. Əgər İşsizlikdən Sığorta Fondunun vəsaitlərindən özünüməşğulluğa yönəldilirsə, ya Fondun adına yenidən baxılmalı, ya da bütövlükdə meyarlar dəyişdirilməlidir”, - V.Bayramov vurğulayıb.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















