Neft, Ukraynanın həmləsinin təsiri ilə bahalaşıb
Neft qiymətləri Ukraynada gərginliyin artdığı bir şəraitdə dünənki sessiyanı 0,7 faiz azalma ilə bağladıqdan sonra yenidən yüksəlməyə başlayıb.
Marja.az xəbər verir ki, həftənin dördüncü ticarət günündə Brent nefti 73 dollara yaxın (+0,20%), ABŞ xam nefti isə 69 dollara yaxın ticarət olunur.
Britaniya mətbuatının yazdığına görə, Ukrayna Böyük Britaniyanın Rusiya ərazisində tədarük etdiyi uzaq mənzilli “Fırtına kölgəsi” qanadlı raketlərindən ilk dəfə istifadə edib. Ölkə mətbuatında yer alan xəbərlərə görə, Rusiyanın Kursk vilayətinin Marino kəndinin sakinləri Britaniya-Fransa istehsalı olan “Storm Shadow” raketinin parçalarını aşkar ediblər. Sözügedən raketlərin bölgədə istifadə edilib-edilməməsi ilə bağlı İngiltərə və Rusiyadan hələlik rəsmi açıqlama yoxdur. “Fırtına kölgəsi” raketlərinin 250 kilometrdən çox mənzilə sahib olduğu bilinir.
Digər tərəfdən, hökumət məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları keçən həftə 545 min barrel artıb. Bu artım çərşənbə axşamı sənaye hesabatında qeyd olunan rəqəmlərdən xeyli aşağı idi. Oktyabrın ortalarından bəri neftin qiyməti, Çinin tələbi və daha güclü dollar da daxil olmaqla, bir sıra amillərin təsiri altında dəyişdirdi.
"Macquarie Group"un analitikləri bildirib: "Geosiyasi risklərin azalması və eniş trendində fundamental amillərin daha çox üstünlük qazanması nəticəsində neft qiymətlərinin gələn il yeni minimumları sınaqdan keçirəcəyini gözləyirik".
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 14 d. əvvəl
-
-
49 d. əvvəl
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
-
1 saat əvvəl
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
2 saat əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
2 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Ən çox oxunanlar
İyunun 9-da gözlənilən hava şəraiti
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib











.webp)






.jpg)







