"Hepsiburada"nın satışına icazə verildi - ALAN ŞƏXSİN AZƏRBAYCANDA DA BİZNESİ VAR
Türkiyənin Rəqabət Qurumu (Rekabet Kurulu), "Hepsiburada"nın sahibi olan "D-Market"in əksər səhmlərinin və nəzarət zərfinin "Kaspi.kz" şirkəti tərəfindən satın alınmasına icazə verib. Qazaxıstanın "Kaspi.kz" onlayn alış-veriş platforması, "D-Market"in 65,41 faizini 1,13 milyard dollara almağa razılaşmışdı.Türkiyənin Rəqabət Qurumu (Rekabet Kurulu), Hanzade Vasfiye Doğan Boyner-in nəzarətində olan "D-Market Elektronik Hizmetler ve Ticaret Anonim Şirketi"nin əksər səhmlərinin və nəzarət zərfinin "Joint Stock Company Kaspi.kz" tərəfindən satın alınmasına icazə verib.
Marja xəbər verir ki, Qazaxıstanın onlayn alış-veriş platforması "Kaspi.kz", "Hepsiburada"nın sahibi olan "D-Market"in 65,41 faizini 1,13 milyard dollara almağa razılaşıb.
Doğan ailəsinin üzvləri ilə "Hepsiburada"nın sərmayəsinin 65,4-ünü təşkil edən A və B kateqoriyalı səhmləri almaq üçün müqavilə bağlanmışdı.
Razılaşmaya əsasən, 1,13 milyard dolların 600 milyon dolları sövdələşmənin bağlanması zamanı, 526,9 milyon dolları isə sonrakı 6 ay ərzində ödəniləcək.
Qazaxıstanın ən populyar mobil proqramı
Kaspi.kz-nin SuperApp tətbiqi 2023-cü ildə cəmi 14 milyon aktiv mobil istifadəçisi ilə Qazaxıstanda ən populyar mobil proqramı olub. Kaspi Pay SuperApp 2023-cü ildə 581 min kommersiya partnyoru ilə Qazaxıstanda biznes və sahibkarların seçdiyi rəqəmsal tərəfdaşa çevrilib.
2000-ci ildə qurulan "Hepsiburada", müştərilərinə 30-dan çox kateqoriyada 264 milyondan çox məhsul təklif edir.
Qeyd edək ki, Kaspi.kz-nin sahibi Gürcüstan vətəndaşı Mikheil Lomtadze-dir (Mixail Lomtadze). O, Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri elan saytlarından 4-nün - “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)


.jpg)



