ABB müştərilərə yaşıl sertifikatlara investisiya imkanı yaradır
ABB üçün İsveçrə Birjasında (SIX Swiss Exchange) 10 milyon ABŞ dolları məbləğində, ortalama AA- investisiya reytinqinə malik yaşıl sertifikatlardan ibarət Aktiv İdarəolunan Sertifikat (Green AMC) yerləşdiriləcək.ABB və İsveçrənin Crossinvest Şirkətlər Qrupu arasında COP29 çərçivəsində müqavilə imzalanıb.
Müqavilə İsveçrə birjasında (SIX Swiss Exchange) Yaşıl Aktiv İdarəolunan Sertifikatın (Green AMC) yerləşdirilməsi üzrə əməkdaşlığı nəzərdə tutur.
Crossinvest Şirkətlər Qrupu İsveçrənin aktivlərin idarə edilməsi sahəsində tanınmış investisiya qurumlarındandır. Şirkətin investisiya məsləhətçiliyi və təşkilatçılığı ilə ABB üçün İsveçrə Birjasında (SIX Swiss Exchange) 10 milyon ABŞ dolları məbləğində, ortalama AA- investisiya reytinqinə malik yaşıl sertifikatlardan ibarət Aktiv İdarəolunan Sertifikat (Green AMC) yerləşdiriləcək.
İmzalanma tədbiri zamanı ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı Nəbi Əliyev bildirib ki, bu əməkdaşlıq sayəsində yerli maliyyə bazarlarına tamamilə yeni investisiya məhsulları təqdim ediləcək. Eyni zamanda, yerli investorlar üçün yaşıl investisiya sahəsində yeni imkanlar yaranacaq: “İsveçrə Birjasında belə bir sertifikat yerləşdirildikdən sonra, ABB-nin fiziki və korporativ müştərilərinin bu yaşıl sertifikata investisiya etmək imkanı olacaq”.
Bu investisiya imkanı müştərilərə ABB İnvest şirkəti vasitəsilə təklif ediləcək.
Crossinvest şirkətlər qrupunun rəhbər heyətinin üzvü və inkişaf etməkdə olan ölkələr üzrə rəhbəri Fəqan Nağıyev bildirib ki, Azərbaycan maliyyə bazarında bir ilk olacaq bu layihə ABB-nin dayanıqlı inkişafa və yaşıl investisiya prinsiplərinə sadiqliyini göstərir.
Şirkətin Baş investisiya direktorunun müavini Daniel Wuest isə belə bir anlaşmanın İsveçrə və Azərbaycan maliyyə institutları arasında əməkdaşlığı yeni inkişaf mərhələsinə yüksəldəcəyinə əmin olduğunu vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















