SOCAR yerli maliyyə bazarında “yaşıl” istiqrazların emissiya edilməsinə başlayıb
Emissiya vasitəsilə cəlb ediləcək vəsait şirkətin “yaşıl” gündəliyinə daxil olan layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Bununla bağlı SOCAR tərəfindən bütün hazırlıq başa çatdırılıb, o cümlədən ESG reytinqi alınıb, kredit reytinqi yaxşılaşdırılıb.“Yaşıl” layihələrin maliyyələşdirilməsi məqsədilə standartların tətbiqinin əhəmiyyətini nəzərə alaraq, SOCAR yerli maliyyə bazarında “yaşıl” istiqrazların emissiya edilməsinə başlayıb.
Bu barədə Marja.a-a SOCAR-dan bildirilib.
Qeyd edilib ki, son illər Ətraf mühit, Sosial məsuliyyət və Korporativ İdarəetmə (ESG) sahəsində yeni çağırışlar və bu sahədə artan uyğunluq tələbləri çərçivəsində dünya maliyyə bazarlarına maliyyə alətlərinin cəlb edilməsi proseslərində beynəlxalq standartların tətbiqini labüd edir. Bu xüsusda, şirkətlərin ESG standartlarının tətbiqinə diqqəti artmaqdadır. SOCAR sözügedən tələblərin icrasının təmin edilməsi məqsədilə son illərdə ESG tətbiqi prosesində dərəcələndirmənin həyata keçirilməsini təmin edib və qiymətləndirmə miqyasında bir sıra oxşar şirkətlərlə müqayisədə üstün yer alıb.
Bununla da, SOCAR beynəlxalq standartlar çərçivəsində öz borclarının düzgün idarəedilməsində ESG standartlarının tətbiqi prosesindən faydalanma komponentini nəzərə alır və “yaşıl” maliyyələşmə imkanlarına da üstünlük verir. Bu isə SOCAR-ın strateji bərpaolunan enerji layihələrinin səmərəli idarə edilməsindən, bu sahədə beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq imkanlarının genişləndirilməsindən, habelə neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərməkdən ibarətdir.
Emissiya vasitəsilə cəlb ediləcək vəsait şirkətin “yaşıl” gündəliyinə daxil olan layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Bununla bağlı SOCAR tərəfindən bütün hazırlıq başa çatdırılıb, o cümlədən ESG reytinqi alınıb, kredit reytinqi yaxşılaşdırılıb.
SOCAR gələcəkdə də ESG standartlarının artan tələblərini, beynəlxalq müstəvidə korporativ idarəetmənin əsas şərtlərindən olan şəffaflığın ardıcıl və davamlı təmin edilməsi üçün yaşıl maliyyə alətlərindən istifadə edilməsinin həyata keçirilməsinə üstünlük verir və borc portfelində bu tipli maliyyələşdirmələrin xüsusi çəkilərinin mümkün həddə artırılmasını hədəfləyir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 5 d. əvvəl
- 17 d. əvvəl
-
18 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 51 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Rəsmi məzənələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası






















