Qlobal bazarlarda ABŞ-da açıqlanacaq inflyasiya məlumatı diqqət mərkəzindədir
Qlobal bazarlar Donald Trampın yeni dövrdə aparacağı siyasətlərdən narahat olsa da, çərşənbə günü ABŞ-da inflyasiya məlumatlarının açıqlanması gözlənilir.Çin administrasiyası problemli mənzil bazarını canlandırmaq üçün böyük şəhərlərdə mülkiyyət sənədi vergilərini azaltmağa hazırlaşır. Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra bahalaşan Bitcoin-in qiyməti bu dəfə 89 min dolları keçib. Dünən tətil səbəbiylə bağlanan ABŞ istiqraz bazarları eniş trendindədir. JPMorgan, S&P 500-ün Trampın prezident seçkilərindəki qələbəsindən sonra ilin sonuna doğru daha güclü yüksələcəyini gözləyir.
Marja xəbər verir ki, həftənin ilk ticarət günündə Wall Street indeksləri yüksəlib. S&P 500 bazar ertəsi 0,1 faiz artımla bağlanaraq 6 000 səviyyəsini keçərək bu il 51-ci rekordunu qırıb. Dow Jones 0,7 faiz dəyər qazanıb, Asiya fond indekslərinin əksəriyyəti Trampın ehtimal gündəminin və möhkəmlənən dolların region iqtisadiyyatlarına təsirini qiymətləndirdikcə aşağı düşür. Regional indekslər bazar ertəsi ardıcıl beşinci gün ABŞ fond bazarlarının yüksəlişindən dəstək tapmasa da, itkilərə Tayvan və Honq Konq başçılıq edir.
Bloomberg-in dollar göstəricisi son bir ilin ən yüksək səviyyəsinə qalxıb. Tətildən qayıtdıqdan sonra satışla qarşılanan ABŞ istiqrazları dolların bahalaşmasına dəstək verib. İnkişaf etməkdə olan Asiya ölkələrinin valyutaları dollara nisbətdə zəifləyiblər. Ən çox Tayland bahtı və İndoneziya rupisu ucuzlaşıblar. Çin səhmləri mənzil bazarında vergiləri azaltmaq planlarından müəyyən dəstək alıb. Bloomberg Intelligence-in mənzil inşaatçılarının səhmlərini izləyən göstərici xəbərdən sonra 0,3 faiz bahalaşdıqdan sonra yenidən düşüb.
Bu gün Avropa Mərkəzi Bankının (ECB) İdarə Heyətinin üzvləri Olli Rehn, Mario Centeno və Piero Cipollone çıxış edəcəklər. Bu gün Fed rəsmiəri Kristofer Uoller, Tom Barkin və Neel Kashkari də çıxış edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















