Bakıda “BAKUARCHIFEST 24: Architecture & Human” memarlıq festivalı keçiriləcək
(®) Bakıda ilk dəfə “Baku Archifest 24: Architecture & Human” tədbiri keçiriləcək. 4-6 dekabr tarixlərində baş tutacaq tədbir “Memarlıq və İnsan” şuarı ilə memarlıq sahəsində yeniliklərə marağı olan hər kəsi bir araya gətirəcək.
Üç gün davam edəcək bu unikal tədbir, memarlıq sahəsində peşəkarlar və tələbələr, o cümlədən Azərbaycan tikinti sektorunda aparıcı rol oynayan tərəflər üçün mükəmməl bir platforma olmaqla yanaşı, aktual memarlıq problemlərinə yenilikçi həllərin öyrənilməsi və müzakirəsinə geniş imkan yaradacaq.
“Baku Archifest 24: Architecture & Human” tədbirinin təşkilatçıları Azərbaycanın qabaqcıl layihəçi şirkətlərindən olan “Design Bureau” və Türkiyənin məşhur “Aslı Architecture” memarlıq şirkətidir.
Festivalın məqsədi, iştirakçıları memarlıq sahəsindəki ən son nailiyyətlərlə tanış etmək, həmçinin tanınmış mütəxəssislərin rəhbərliyi ilə maraqlı müzakirə və ustad dərslərinə qoşulmaq imkanı verməkdir. Burada iştirakçılar üçün yeni əlaqələr qurmaq və gələcəyin memarlıq anlayışlarını formalaşdırmaq istiqamətində əhəmiyyətli bir mühit yaradılacaq.
Festivalın proqramı
Tədbirin proqramında panel müzakirələr, tələbə və gənc memarların təqdimatları, müxtəlif ustad dərsləri və dizayn studiyalarına, şourumlara ekskursiyalar nəzərdə tutulur. İlk gün rəsmi açılış, sonrakı günlərdə təhsil və inkişaf yönümlü sessiyalar keçiriləcəkdir.
Festivalda hər kəs ödənişsiz iştirak edə bilər. Bunun üçün saytda (https://www.bakuarchifest.com/) yerləşdirilmiş Bilet (Ticket) bölməsinə daxil olaraq biletləri əldə edə bilərsiniz.
Festival haqqında ən son yenilikləri sayt və sosial media səhifəsindən izləyə bilərsiniz.
https://www.bakuarchifest.com/
Facebook, Instagram, Linkedin: @BakuArchifest
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















