"İslam bankçılığı ilə bağlı bir bank müraciət edib"
Azərbaycan Mərkəzi Bankına bir yerli bank islam bankçılığı ilə bağlı müraciət edib.
Bunu qurumun sədri Taleh Kazımov keçirdiyi brifinqdə bildirib.
"Biz əsasən sukuk istiqrazlarının buraxılmasına fokuslanmışıq, Dünya Bankı ilə birlikdə müvafiq qanunvericiliyn hazırlanmasına başlamışıq. Bu məsələdə irəliləyiş banklarsız çətin olar, çünki onlar istiqrazların müştərilərini daha yaxşı tanıyır. Həmin bir banklar test rejimində fəaliyyət üçün danışıqlar gedir. Əvvəlcə sükuk buraxılması, daha sonra isə islam bankçılığının tətbiqi gözlənilir. Açığını desəm bu layihənin icrasına 3-5 il vaxt lazımdır. Əsas məqsədmimz maliyyə inklüzivliyini və maliyyə əlçatanlığını artırmaqdır", - deyə o qeyd edib.
AMB-nin baş direktoru Şahin Mahmudzadə bildirib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə inklüzivliyi ilə bağlı dövlət proqramı hazırlayır.
"Sənəd razılaşdırma mərhələsindədir. İnklüzivlik proqramına əsasən, bir çox aspektdən maliyyə əlçatanlığını artırmaqla bağlı tədqiqatlar aparılacaq. Bununla bağlı bir sıra dövlət qurumlarının üzərinə düşən öhdəliklərlə bağlı layihələr həyata keçiriləcək", - deyə o qeyd edib
.© "Report"
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 24 d. əvvəl
-
-
31 d. əvvəl
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
-
55 d. əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank kredit kartını yenilədi: Kredit xətti 30 min manat, güzəşt müddəti 72 gün!
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
Bakı Fond Birjasında ticarət dövriyyəsi 43% azalıb — REPO əməliyyatlarında 11,6 milyard manatlıq geriləmə
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
“Azəralüminium” ixracını 27% artırıb
“AzerGold”un ixracı 79 milyon dolları keçib
“SOCAR Polymer” dövlət ixracatçıları arasında lider olub























