TotalEnergies şirkətinin xalis mənfəəti kəskin düşüb
2024-cü ilin ilk üç rübündə (yanvar-sentyabr) Fransanın TotalEnergies enerji şirkəti 11 milyard 802 milyon dollarlıq xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,7% azdır
Marja.az xəbər verir ki, bu, şirkətin hesabatında deyilir.
Səhmbaşına mənfəət bir il əvvəlki 6,57 dollardan 4,99 dollara qədər azalıb. TotalEnergies-in hesabat dövründəki gəliri illik müqayisədə 8,9% azalaraq 162 milyard 42 milyon dollar təşkil edib.
Üçüncü rübdə qrupa aid olan xalis mənfəət illik müqayisədə 2,9 dəfə azalaraq 2,294 milyard dollar olub. Səhmbaşına mənfəət bir il əvvəlki 2,73 dollardan 0,96 dollara geriləyib. TotalEnergies-in rüblük gəliri illik müqayisədə 11,9% azalaraq 52,021 milyard dollar olub.
Yanvar-sentyabr aylarında şirkətin ümumi karbohidrogen hasilatı sutkada orta hesabla 2,437 milyon barel neft ekvivalenti təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2% azdır. Üçüncü rübün sonunda bu rəqəm illik ifadədə 3% azalaraq sutkada 2,409 milyon barel neft ekvivalentinə düşüb.
Dördüncü rübdə şirkət sutkada 2,4-2,45 milyon barel neft ekvivalentində hasilat gözləyir.
Fransız TotalEnergies dünyanın ən böyük enerji şirkətlərindən biridir. 130-dan çox ölkədə fəaliyyət göstərən şirkət Avropa, Yaxın Şərq və Şimali Afrika, Asiya-Sakit okean regionu və Amerikada neft və qaz hasil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Norm 3-cü dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək
Rəsmi məzənnələr açıqlandı
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Ən çox oxunanlar
Liviyada 20 milyard dollarlıq neft sazişi
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat


















