"Minimum qiymətin müəyyən olunması, bazara müdaxilə deyil"
Alkoqollu içkilər üçün minimum qiymətin müəyyənləşdirilməsinin səbəbi açıqlanıbAlkoqollu içkilərlə əlaqədar minimum qiymətin mexanizm kimi tətbiq olunması bir məqsəd deyil, sadəcə, vasitədir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun dəyişikliyin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, bu vasitə dövlətin haqsız rəqabətin qarşısını almasına, vergidən yayınma hallarının qarşısını almaq işinə kömək edəcək:
“Qiymətlə keyfiyyətin əlaqəsi məsələsi üçün bu qanun layihəsi hüquqi əsaslar yaradır. Bundan sonra alkoqollu içkilər üçün minimum qiymətin müəyyən olunması qaydası hazırlanacaq. Bu, bazara müdaxilə deyil. Burada dövlət qiymət müəyyənləşdirmir. Burada bazar prinsiplərinə də müdaxilə olunmur. Hər bir məhsulun qiyməti maya dəyərindən və istehsal xərclərin formalaşır. Birinci mərhələdə araq nəzərdə tutulur. Minimum qiymətə dövlətə ödənilməli olan aksizlər də daxil ediləcək. Bazarda 1-3 manata araq məhsulları satılır. Halbuki 1 litr araq üçün aksiz vergisi 4,8 manatdır. Bu necə ola bilər ki, 1-3 manata araq satıla bilər?! Burada vergidən yayınma halı var. Bizim milli iqtisadiyyatımızın sütunları var. Neft sənayesi ilə yanaşı bizim qeyri-neft sənayemiz var. Bunlardan biri içki istehsal edən sənaye müəssisələrimizdir. Haqsız rəqabətə, qanunsuz sahibkarlığa görə o müəssisələrdə işçi qüvvəsi ixtisar olunur, işsizlik yaranır. İstənilən halda bazar iqtisadiyyatı haqlı rəqabətin olduğu iqtisadiyyatdır. Bazar iqtisadiyyatında birinci öhdəlik sahibkarların dövlət qarşısında öhdəliklərinin yerinə yetirilməsidir. Bu layihənin həm iqtisadi, həm də sosial hüquqi aspektləri var”.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, xalqı təmsil edirlər: “Camaat arasında maarifçilik işi aparmaq lazımdır. Dediniz ki, 1-3 manatlıq içkilər var, bunu camaat içir. 1 manatlıq içki əslində zəhərdir. Bununla bağlı camaatı maarifləndirməliyik”.
Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq
Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması qaydası müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən yeni - 29-1-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Alkoqollu pərakəndə satışına dair içkilərin minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunacaq. Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
11 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
14 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
14 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək


























