Azərikard: Fövqəladə hallarda tam fasiləsiz xidmət!
Azərikard-ın fövqəladə hallarda fasiləsiz işləmək qabiliyyəti sınaqdan keçirilib. Xidmətin data mərkəzi heç bir kəsinti olmadan işləyib.Azərikard kritik infrastruktur sənayesində yeni bir mühüm uğura imza atmışdır. 22 oktyabr 2024-cü il tarixindən 23 oktyabr 2024-cü il tarixinə keçən gecə şirkət fövqəladə hallar planlarının yoxlanılması məqsədilə texniki sınaqlar keçirmişdir.
Şirkətdən verilən məlumata görə, bu sınaqlar xüsusilə ona görə diqqətəlayiqdir ki, Azərikard ölkənin ödəniş sənayesində fövqəladə hallar planlarını sistematik şəkildə yoxlayan nadir şirkətlərdən biridir. Tədbirin əsas məqsədi, Azərikard-a məxsus olan iki müasir data mərkəzinin fövqəladə hallarda fasiləsiz işləmək qabiliyyətini sınaqdan keçirmək idi. Sınaqlar planlı şəkildə gecə saatlarında keçirilmiş və xidmətlərin təchizatında heç bir kəsinti olmadan uğurla tamamlanmışdır.
"Bu cür sınaqlar, bank və maliyyə sektorunda risklərin azaldılması və sistemlərin etibarlılığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərikard peşəkarlığı və məsuliyyətli yanaşması ilə sektorda lider mövqeyini daha da gücləndirməkdədir. Gələcəkdə bu cür sınaqların mütəmadi olaraq keçirilməsi planlaşdırılır ki, bu da tərəfdaşların etimadını daha da möhkəmləndirəcək və xidmət keyfiyyətini yüksəldəcəkdir", - məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 saat sonra
-
-
13 d. əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 21 d. əvvəl
-
22 d. əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
24 d. əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 26 d. əvvəl
- 27 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında
Expressbankdan ilk dəfə kredit götürənlərə XÜSUSİ TƏKLİF
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
Azərbaycan şirkəti 118-ci mağazasını istifadəyə verib




















