“Azərbaycan Dəmir Yolları” 2 şirkətini birləşdirir
1 noyabr 2024-cü ildən etibarən “ADY Konteyner” MMC-nin “ADY Ekspress” MMC-yə qoşulması yolu ilə “ADY Ekspress” MMC yenidən təşkil ediləcək.Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, onların rəqabət qabiliyyətinin və cəlbediciliyinin artırılması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən sistemli və ardıcıl inkişaf tədbirləri və islahatlar həyata keçirilir.
QSC-nin yaydığı məlumatda bildirilir ki, ölkəmiz üçün ən əhəmiyyətli beynəlxalq nəqliyyat marşrutlarından biri olan, Şərq-Qərb və əks istiqamətdə tranzit yüklərin daşınmasının həyata keçirildiyi “Orta Dəhliz”in inkişaf etdirilməsi məqsədilə beynəlxalq tərəfdaşlarla birlikdə son illərdə “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası çərçivəsində koordinasiyalı birgə fəaliyyət təşkil edilir və koordinasiyanın əhatə dairəsinin genişləndirilməsi məqsədilə bu ildən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsis edilməsi üzrə işlərə başlanılıb.
Dəhlizlər vasitəsilə tranzit daşımalarının səmərəliliyinin artırılması üçün konteyner daşımalarının önəminin getdikcə artmasını nəzərə alaraq, eləcə də bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə, xüsusilə də qonşu Türkiyə, Rusiya, Gürcüstan və Qazaxıstanda tranzit daşımaların səmərəli idarə edilməsi üzrə mövcud olan təcrübələrə əsaslanaraq ADY-də də konteynerləşmə və ümumilikdə tranzit daşımaları sahəsində idarəetmənin təkmilləşdirilməsinə zərurət yaranıb. Bu baxımdan dəhlizlər üzrə güclü ekspedisiya xidməti göstərən və dəhlizlərin inkişafına töhfə verəcək şirkətlərin mövcudluğu vacibdir.
Qeyd edilib ki, bu istiqamətdə həyata keçirilən islahatlar çərçivəsində 1 noyabr 2024-cü ildən etibarən “ADY Konteyner” MMC-nin “ADY Ekspress” MMC-yə qoşulması yolu ilə “ADY Ekspress” MMC yenidən təşkil ediləcək. ADY Müşahidə Şurasının qərarı əsasında, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin razılığı ilə qanunvericiliyə və hüquqi prosedurlara tam uyğun şəkildə icra edilən yenidən təşkil prosesi nəticəsində “ADY Ekspress” MMC bütün funksiyaları öz üzərinə götürəcək və müştərilərə həm konteyner, həm də vaqonlarla daşımalar üzrə daha geniş əhatəli və səmərəli xidmətlər təqdim edəcək.
Vurğulanıb ki, yenidən təşkil olunan “ADY Ekspress” MMC tam dövriyyəli logistika əməliyyatları, həmçinin multimodal daşımalar təklif etməklə müştərilərin həm vaxtına, həm də maliyyə xərclərinə qənaət etməsinə imkan yaradacaq. Şirkət, eyni zamanda, rəqəmsal texnologiyalarla logistika proseslərinin idarə olunmasını optimallaşdıraraq dəhliz boyu yükdaşımaların şəffaflığını və təhlükəsizliyini təmin edəcək. Bu məqsədlə yeni texnologiyaların tətbiqi ilə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində rəqabət qabiliyyətli bir rəqəmsal platformanın yaradılması nəzərdə tutulub.
"Qeyd edilən islahatlar Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, onların rəqabət qabiliyyətinin və cəlbediciliyinin artırılması ilə bərabər ölkə daxilində də yük daşımaları sahəsində xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin ümumi səviyyəsinin yüksəldilməsinə töhfə verəcək.
ADY ölkənin tranzit imkanlarının genişləndirilməsi ilə yanaşı, dəmiryol daşımaları sahəsində ümumi bazar mühitinin daha sağlam və dayanıqlı inkişaf edirilməsi, o cümlədən şəffaf və ədalətli bazar rəqabətinin təmin olunması, bütün bazar iştirakçıları üçün bərabər şərtlərin yaradılaraq agent ekspeditorların fəaliyyətinin dəstəklənməsi istiqamətində bundan sonra da islahatlarını davam etdirəcək",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
9 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir






















