İnformatika üzrə olimpiadalara hazırlıq qruplarına seçmə imtahanlar keçirilib
Azercell məktəblilərimizin İT sahəsində inkişafına dəstəyini davam etdirir(®) 12 oktyabr 2024-cü il tarixində Bakı Ali Neft Məktəbində və Naxçıvan Muxtar Respublikasında informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçmə imtahanlar təşkil olunub. 2023-2024 tədris ilində Respublika Fənn Olimpiadalarının informatika fənni üzrə final mərhələsinə yüksələn şagirdlər seçim mərhələsində iştirak etmək hüququ qazanıblar.
İmtahan EJOI (Yeniyetmələrin Avropa İnformatika Olimpiadası), EGOI (Avropa Qızlar İnformatika Olimpiadası), həmçinin IOI (Beynəlxalq İnformatika Olimpiadası) hazırlıq komandasına daxil olmaq istəyən şagirdlər arasında keçirilib.
Məktəblilər 4 saat ərzində 3 məsələ həll ediblər. Hər bir iştirakçının nəticəsi avtomatik qiymətləndirmə sistemi vasitəsilə dərhal müəyyən edilib.
2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesi təşkil olunur. Bu müddət ərzində gənclərimiz mütəmadi olaraq ölkəmizi beynəlxalq səviyyəli müsabiqələrdə təmsil ediblər. Müxtəlif yaş qrupları üzrə proqramlaşdırma olimpiadalarında Azərbaycan komandasının qazandığı ümumi medal sayı 80-ə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
29 d. əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
-
2 saat əvvəl
Analitiklər neftin qiymətinin 100 dollara qalxa biləcəyini proqnozlaşdırırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı
Tramp: İran danışıqlar aparmaq istəyir, mən də qəbul etdim
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR























