Şirkət sədri 104 milyon dollarlıq layihədən danışıb - "Proses geyim istehsalına qədər davam edəcək"
"Tekstil klasteri Azərbaycanın "Azərşəkər" və Özbəkistanın "Global Textil" şirkətləri tərəfindən yaradılacaq. Layihə bir çox regionları əhatə edir və 2400 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. Əkinçilik istiqaməti bu sahədə ixtisaslaşmış Yevlax, Ağcabədi, İmişli, Füzuli və digər rayonlardakı fermerlərlə işlər nəzərdə tutulub. Əkinçilikdən sonrakı mərhələdə pambığın ilkin emalı üzrə zavodların Ucar və Ağcabədidə olması nəzərdə tutulur".
Bunu "Azərşəkər" şirkətinin İdarə heyətinin sədri Nəsib İslamzadə bildirib.
O qeyd edib ki, son 1 il ərzində layihənin iqtisadi səmərəliyi dəyərləndirilib, pambıq emalı və keyfiyyəti üzrə, həmçinin də pambıq yetişdirilməsi sahəsində testlər uğurla həyata keçirilib. Yaxın 3 ayda iplik istehsalının başlanması üçün tikinti işlərinə başlamaq nəzərdə tutulub.
Nəsib İslamzadə bildirib ki, Özbəkistan ilə ortaq Tekstil klasteri layihəsinin ümumi dəyəri 104 milyon dollar investisiya təşkil edir. Bu investisiyanın böyük bir hissəsi iplik emalı və parça istehsalı zavodunun üzərinə düşür. İplik zavodu və parça istehsalı üzrə birlikdə investisiyanın dəyəri təqribən 80 milyon dollar təşkil edir.
Layihə çərçivəsində 40 min ton pambıq emalının sona qədər təşkili nəzərdə tutulub. Pambıq tədarükünün yarısını "Azərşəkər" şirkətinin daxili resursları ilə, qalan hissənin isə ölkədə mövcud olan digər təşkilatlar və fermerlər təsərrüfatları üzərindən təmini nəzərdə tutulmuşdur.
"Bunun qarşılığında 11 min ton iplik istehsalı planlaşdırılır və ən sonda isə geyim istehsalına qədər bu proses davam edəcəkdir. Dəyər zəncirinin son geyimə kimi davam etməsi planlaşdırılır ki, bu da ölkəmizin mahlıc ixracından daha dəyərli tekstil ixracatçısına çevrilməsini və sektorun daha stabil şərtlərlə inkişafına təkan verəcəkdir. Layihə çərçivəsində Avropada bir çox böyük markalar ilə əməkdaşlıq və yaxın regiona ixracların həyata keçiriləcəyi planlaşdırlır.
Şirkətimizin əkinçilik istiqamətində investisiyaları davam etməkdədir, cari ayın sonuna Füzulidə 1500 ha müasir suvarma sistemləri ilə təchiz edilmiş təsərrüfat fəaliyyətə başlayacaqdır, 2025-ci il ərzində isə əlavə 5400 ha ərazinin əkin dövriyyəsinə cəlb edilməsi planlaşdırılır",- "Azərşəkər" şirkətinin İdarə heyətinin sədri deyib.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni "Bankkart Prestij" kredit kartını təqdim edir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 44 d. əvvəl
-
2 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
2 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
-
3 saat əvvəl
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















