Bəzi bitkiçilik məhsulları üzrə aqrar sığorta şərtlərində dəyişiklik edilib
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində bəzi bitki növlərinin sığortası üzrə şərtlərdə dəyişiklik edilib.
Aqrar Sığorta Fondunun məlumatına görə, yeniliklər aqrar sığortanın əhatə dairəsinin artırılması, fermerlərə məxsus əkin sahələrinin daha düzgün və səmərəli sığortalanması, sığorta hadisəsi zamanı fermerlərə dəyən zərərlərin daha yaxşı qarşılanması məqsədi daşıyır.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin qərarı ilə çiyələk, şəkər çuğunduru və tütün bitkisinin sığorta şərtlərində dəyişiklik edilib.
Belə ki, İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş "Çiyələk bitkisi üzrə aqrar sığorta məhsulunun şərtləri"ndə 1 hektar üzrə nəzərdə tutulan maksimal məhsuldarlıq miqdarı indiyədək olan 400 sentnerdən (40 tondan) 700 sentnerə (70 tona) qaldırılıb. Bu dəyişiklik çiyələk sahələrindən yüksək məhsuldarlıq əldə elən fermerlərin məhsulu bütünlüklə sığortalamağa imkan verəcək.
Fondun İdarə Heyətinin digər qərarı ilə "Şəkər çuğunduru bitkisi üzrə aqrar sığorta məhsulunun şərtləri"nə dəyişiklik edilib. Yenilik nəticəsində sığorta məqsədləri üçün şəkər çuğundurunun minimal qiyməti 1 sentner üçün 6 AZN müəyyən edilib.
Fondun İdarə Heyətinin qərarı ilə növbəti dəyişiklik titün bitkisinin sığortasına aiddir. "Tütün bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri"nə edilmiş yeniliyə əsasən sığorta məqsədləri üçün tütün bitkisinin çəkisinə olan tələblər dəyişib. Belə ki, tütün bitkisinin 1 hektardan məhsuldarlığının maksimum miqdarı 200 sentner müəyyən edilib.
Bundan başqa, "Tütün bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri"nə dəyişilik edilməsi nəticəsində sığorta məqsədləri üçün tütün bitkisinin maksimum qiyməti 1 sentner üçün 30 manat müəyyən edilib.
Qeyd edək ki, 2019-cu ildə təsis edilən və 2020-ci ildə fəaliyyətə başlayan Aqrar Sığorta Fondu tərəfindən fasiləsiz olaraq monitorinqlər, araşdırmalar aparılır, fermerlərdən daxil olan müraciətlər təhlil edilir və sığorta məhsullarının şərtləri daima təkmilləşdirilir.
Xatırladaq ki, bir qədər əvvəl Aqrar Sığorta Fondunun İdarə Heyətinin qərarı ilə kənd təsərrüfatı heyvanlarının sığortası tarifləri də aşağı salınmışdı.
Hazırda Aqrar Sığorta Fondu vasitəsilə 41 bitki növü üzrə 48 bitki məhsulunu çoxsaylı risklərdən sığortalamaq mümkündür. Aqrar sığorta zamanı hesablanmış sığorta haqqının 50%-i fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığorta edə bilirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 57 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
2 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 2 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib



















