Peşə təhsil müəssisələrinə 25 minə yaxın tələbə qəbul olub
29 iyul-14 sentyabr tarixlərini əhatə edən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 24821 nəfərin qəbul olunması ilə başa çatıb.
Bununla bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, qəbul olunan tələbələrin 85%-i dövlət sifarişi əsasında, 15%-i isə ödənişli əsaslarla təhsil almağa başlayıb.
2024/2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas üzrə aparılıb.
İlk dəfə olaraq bu il Naxçıvan Muxtar Respublikasında tələbə qəbulu elektron şəkildə həyata keçirilib və 453 nəfər qəbul olub.
Bu il peşə təhsili müəssisələrinə qəbul olanların 36%-ni qadınlar təşkil edir.
Müraciət edənlərin orta yaşı 22, ən aşağı yaş 14, ən yüksək yaş isə 69 olub. Dual peşə təhsili proqramı üzrə 1247 nəfər, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə 2453 nəfər qəbul olunub. Həmçinin, 74 nəfər ali təhsilli, 244 nəfər orta ixtisas təhsilli şəxs, 66 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub.
Yeni tədris ilində peşə təhsilində 9 yeni ixtisas tədris olunacaq. Bunlar pilotsuz uçuş aparatlarının texniki xidməti və təmiri üzrə texnik, kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis, qida və içki üzrə mütəxəssis, elektrik və hibrid avtomobillərin təmiri, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmirçisi, tibbi avadanlıqların təmiri və xidməti, elektromexaniki suvarma maşınları və nasos qurğuları maşinisti ixtisaslarıdır.
Ən çox tələbat olan ixtisaslar arasında aşpaz, bərbər-vizajist-manikürçü, əməliyyatçı-mühasib, qrafik dizayner, mühasibat uçotu, elektrik qaz qaynaqçısı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, veb dizayn və proqram təminatı ixtisasları yer alır.
2024/2025-ci tədris ilindən etibarən Bakı şəhərində yerləşən peşə təhsili müəssisələrində ilk dəfə olaraq iki növbəli təhsilə keçilib. Bununla bağlı təhsil proqramları üzrə müvafiq tədris planlarında dəyişikliklər edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
8 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
8 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!





















