Qlobal bankdan qızılın qiymətilə bağlı yeni proqnoz - DAHA DA BAHALAŞACAQ
Goldman Sachs 2025-ci ilin əvvəlində qızılın qiymətinin 2700 dollara çata biləcəyi ilə bağlı proqnozunu paylaşıb.ABŞ-ın beynəlxalq investisiya bankı nəhənglərindən biri olan "Goldman Sachs" qızılın unsiyaslnın qiymətinin gələn ilin əvvəlində 2700 dollara çatacağını proqnozlaşdırdığını açıqlayıb.
Marja xəbər verir ki, qızıl qiymətləri ilə bağlı müsbət rəyini təkrarlayan qurum, mərkəzi bankların güclü tələbi və FED-in bu həftəki pul siyasəti toplantısında faizləri aşağı salacağı gözləntilərinə diqqət çəkib.
Bankın analitiklər qeyd ediblər: “Çərşənbə günü FED-in 0,50 faiz bəndi deyil, 0,25 faiz bəndi faiz endirməsi ssenarisi əsasında qızıl qiymətlərində bəzi taktiki azalma müşahidə etsək belə, biz 2025-ci ilin əvvəlində qızılın unsiyasının qiymətini 2700 dollara çatacağını gözləyirik”.
İnvestorlar, ABŞ mərkəzi bankının faiz endiriminə 0,50 bəndlik, yoxsa 0,25 bəndlik endirimlə başlayacağı ilə bağlı fikir ayrılığına düşüblər.
Qızıl qiymətləri, ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) bu həftə faiz dərəcələrini daha böyük fərqlə azaldacağına dair artan mərclər fonunda bazar ertəsi Asiya ticarətində rekord həddə çatmışdı. Respublikaçıların prezidentliyə namizədi Donald Trampa ikinci sui-qəsd cəhdi ilə bağlı xəbərlər də qızıla "təhlükəsiz sığınacaq" tələbini artırıb, baxmayaraq ki, Tramp heç bir zərər görməyib və hücum edən tutulub.
Dünən qızıl 0,4% də bahalaşaraq rekord həddə - 2589,02 dollar/unsiyaya çatmışdı. Dekabrda başa çatan qızıl fyuçersləri isə 0,1% artaraq unsiyası 2613,70 dollar olmuşdu. Qızıl bu gün cüzi uculaşıb. Bu ucuzlaşmanın müvəqqəti olduğu bildirilir.
Bazarlar FED-in faizlərində 0,25 və ya 0,50 bəndlik bir azalma olacağı barədə bölünsələr də, mərkəzi bankın çərşənbə günü faiz dərəcələrini aşağı salacağı gözlənilir.
FED-in bu həftədən etibarən yumşaq pul siyasəti dövrünə başlayacağı gözlənilir və analitiklər ilin sonuna qədər ən azı 1 faiz bəndi (100 bənd) endirim gözləyirlər.
Aşağı faiz dərəcələri qiymətli metallar üçün yaxşı vəziyyət hesab olunur, çünki mərkəzi bankların aşağı faizləri gəlir gətirməyən aktivlərə investisiya yatırmağı sərfəli edir.
Qeyd edək ki, Avstraliyanın "ANZ Group Holdings Ltd" bankı qızılın rekord qıran qiymət artımının davam edəcəyini və gələn ilin sonuna kimi qiymətin bir unsiya üçün 2900 dollara çatacağını proqnozlaşdırıb.
Həmçinin oxu
Avstraliya bankından qızılın qiymətilə bağlı proqnozMüştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 20 d. əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 8 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Ən çox oxunanlar
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ





















