Azərbaycanda ilk dəfə olaraq Moruq festivalı keçiriləcək
Ölkədə ilk dəfə olaraq Moruq festivalı təşkil olunacaq. Sentyabrın 14-ü və 15-də Göygöl rayonunda baş tutacaq festivalın rayonun Köşkü kəndində təşkil olunması planlaşdırılır.
Festival günlərində iştirakçılara hər növ moruqlu içkilər və təamlar, müxtəlif musiqi və rəqslərdən ibarət konsert proqramları, kamp qurmaq istəyənlər üçün isə ayrılmış ərazi təqdim olunacaq. Festivalda həmçinin sənətkarlıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək. Əvvəlcədən bildirilib ki, tədbirə hər kəs ödənişsiz olaraq qatıla bilər.
Hazırda Birinci Moruq Festivalına hazırlıq tam sürətlə davam edir. Sənətkarlıq məhsullarının sərgi-satış yarmarkası, uşaqlar və böyüklər üçün müxtəlif əyləncələr də nəzərdə tutulan bu xüsusi bayram tədbirinin niyə ilk dəfə Göygöl rayonunda keçirilməsi oxucu üçün də yəqin maraqlıdır.
Qeyd edək ki, Göygöl rayonu həmişə müxtəlif növ moruqları ilə tanınıb. Rayon ərazisindən keçən Gəncəçay sahili boyu yerləşən Zurnabad, Topalhəsənli, Şəhriyar və digər kəndlərdə illərdir bol moruq yetişir. Göygöl şəhərinin özündə də çoxlu moruq kolları var və son vaxtlar yerli icra strukturlarının təşəbbüsü və fermerlərə yaradılan şərait nəticəsində çoxlu moruq təsərrüfatları yetişdirilib. Yəni bu yerlər ta qədimdən bol moruğu ilə tanınıb, əvəzsiz məhsul sanki rayonun simvollarından birinə çevrilib. Yeri gəlmişkən, təbabətdə daha çox meyvələrindən, az hallarda isə yarpaqlarından istifadə edilən moruq dərman vasitələrindən biridir, susuzluğu kəsir, dadlı və ətirlidir. Çay kimi dəmlənmiş meyvələri qədimdən soyuqdəymədə hərarət salan vasitə kimi istifadə edilir. Moruq tərkibində ən çox dəmir olan giləmeyvədir. Onun 100 qramının enerji dəyəri 41 kaloridir. Qlükoza və fruktoza ilə zəngin olduğuna görə ürək-damar və beyin patologiyası zamanı faydalı meyvədir. Qanazlığı və hamiləlik zamanı da istifadə olunur. Angina və digər boğaz ağrılarında moruğun meyvələrindən hazırlanmış həlimlə qarqara edilir.
Məhz bu məhsulun faydasını, həm də satış baxımından çox dəyərli və əlverişli olduğunu görən mütəxəssislər rayon icra hakimiyyətinin tövsiyəsi ilə yerlərdə görüşlər, seminarlar, praktik tədbirlər keçirməyə başladılar, suvarma məsələlərinə diqqət artırıldı və sair. Nəticədə rayon ərazisində əvvəllər dağlıq ərazilərdə, çay kənarlarında yetişən moruq kollarını son illər sənaye üsulu ilə əkib becərməyə başladılar. İndi əldə olunan məhsul əsasən Bakı və Gəncə bazarlarına, eləcə də xarici bazara çıxarılmağa başlanıb. Təsərrüfat sahiblərinin bu giləmeyvənin rayonda daha geniş ərazilərdə əkib-becərməsinə həvəsləndirən səbəblərdən biri də coğrafi iqlim şəraitinin əlverişli olması ilə yanaşı, həm də dövlət tərəfindən dəstək olan subsidiya verilməsidir.
Moruq yetişdirilməsi ilə məşğul olan fermerlərin bir çoxu ilə danışıb söhbət etdik, fikirlərini öyrəndik. Ümumi rəy belədir ki, həmin sahəyə qoyulan sərmayə nəinki itmir, əksinə əvəzini 5-6 dəfə çıxarır. Moruğun aqrotexniki qulluq qaydalarına gəldikdə isə, təsərrüfat sahibləri dedilər ki, bir moruq tinginə təxminən hər suvarılmada 7 litrə qədər su sərf olunur.
Fermer Fuad Zalov:
– Mənim 4 hektar moruq bağım var. Neçə illərdir faydasını görürəm, yaxşı qazanc gətirir. Belə olmasaydı, heç məşğul olmazdım. Özü də dolanan təkcə mən, ailə üzvlərim deyil. Hazırda yığım gedir və bu işlə hər gün 45-50 adam məşğul olur və kifayət qədər də zəhmət haqqı alırlar. Hələ gələn ayın sonlarınadək moruq yığılacaq.
Moruq bağında demək olar ki, bütün işlər əl əməyi vasitəsilə görülür. Moruğun budaqlarının 2 metrdən çox uzanmasına imkan verilmir. Məhsuldar olması üçün hündürlüyü stabil qaydada saxlanır. Moruq kollarının özündən də yeni məhsuldar tinglər əldə edirlər. Bu tingləri fermerlər həm özləri istifadə edir, həm də satışını həyata keçirirlər. Bir çoxu da öz həyətində 3-4 sotluq sahədə moruq becərir. Yerli sakinlərin sözlərinə görə, bu yerlərdə moruqbecərmə ənənəsi bir əsrə yaxındır ki, yaşayır.
...Bəlkə də çoxları bilmir ki, dünyada moruğun 250-dən çox növü var. Azərbaycanda isə həm yabanı, həm də mədəni şəkildə yayılan bu bitkinin 15 növü mövcuddur. Onu da deyək ki, moruq ildə iki dəfə yığılır. Birinci yığım iyun-iyul aylarında, ikinci isə indi, sentyabr-oktyabr aylarında dərilir.
Bax, belə bir vaxtda Göygöl rayonunda maraqlı bir təşəbbüs ortaya atılıb: “Gəlin moruq festivalı keçirək və bu, bir ənənə şəklini alsın.”
© Hamlet QASIMOV, XQ-nin bölgə müxbiri, Göygöl rayonu
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
2 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 3 saat əvvəl
-
3 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
3 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Beynəlxalq Bankdan 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb





















