"İsraflı istehlak cəmiyyəti karbon emissiyasını artıran əsas səbəblərdən biridir"
İsraflı istehlak cəmiyyəti karbon emissiyasını artıran əsas səbəblərdən biridir.
Bu haqda MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli öz sosial medai hesabında paylaşım edib.
Dünyanın ən dəyərli aktivi olan insanın günümüzdə ehtiyyacından qat-qat çox istehlak etməyə davam etdiyini deyən Cabirli, “1870-ci ildə başlayan ikinci sənaye inqlabı kütləvi istehsalın əsasını qoymuşdur. 1969-cu ildə üçüncü, 2013-cü ildə başlayan dördüncü sənaye inqlabları kütləvi istehsala təkan verdi. Nəticədə həddindən artıq israflı istehsala gətirib çıxardı və beləcə malların təklifi istehlak tələbini üstələdi”- deyə qeyd edərək artan istehsalı qarşılamaq üçün süni yollarla tələbin artırıldığını bildirir.
“Buna görə də insanların istehlak xərclərini manipulyasiya etmək üçün istehsalda planlaşdırılmış köhnəlmə siyasiəti və reklamların təşviqi metodu tətbiq olunmağa başlandı. Nəticədə bu tendensiya israfçı istehlak cəmiyyətinə yəni konsumerizmə gətirib çıxardı.”,- deyə o əlavə edib.
Qeyd edək ki, konsumerizm (consumerism -istehlakçı)-daim artan miqdarda mal və xidmətlərin əldə edilməsini təşviq edən sosial və iqtisadi bir fenomendir.
İstehlak cəmiyyətinin ortaya çıxmasının tarixi zəmininə toxunan Cabirli, ”1929-cu ildə dünyada yaşanan iqtisadi böhran, klassik idarəetmədə insan faktoruna əhəmiyyətin verilməməsi, dəyişən cəmiyyət dəyərləri nəticəsində klassik idarəetmə 1930-cu ildə özünün pik həddinə çatdı və neo-klassik idarəetmənin başlanğıcı oldu”-deyə qeyd edir.
O neo-klassik idarəetmədə insan qaynaqlarının ön plana çıxdığını, cəmiyyətdə insanın tələblərinin də manipulyasiya edilməyə başlandığını deyib. ”Nəticədə mən deyərdim ki, israflı istehsal başladı. II dünya müharibəsindən sonra isə konsumerizm sürətlə inkişaf etdi. Günümüzdə də davam edən sistemli idarəetmə, reklam, planlanmış köhnəlmə, neyromarketinq və s. konsumerizmə rəvac verir.”,-deyə Cabirli fikrini ifadə edib.
Cabirli, dünyanın bu gün əkiz (yaşıl, rəqəmsal) transoformasiya, üçüz (yaşıl, rəqəmsal, sosial) transformasiyanın əhəmiyyətini daha yaxşı anlamağa başladığını bildirərək, “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının (COP29) ölkəmizdə keçirilməsi böyük hadisədir və bu xüsusi əhəmiyyət kəsb edir. Bəli, iqlim dəyişikliyinə səbəb olan karbon emissiyasının azaldılması, karbonun tutulması istiqamətində ciddi addımlar atılmalıdır. Eyni zamanda konsumerizmin və manipulyasiya ilə yaranmış kütləvi istehsal tələbinin qarşısı alınmalıdır ki, karbon ayaq izi azalsın”,- deyə sözlərinə əlavə edib.
Göstəriş və status nümayişi üçün edilən hər şeyin israfa, israfın da qlobal təhlükəyə gətirib çıxardığına diqqət çəkən Cabirli, “Dərd yol göstərir”-deyib mütəfəkkir. Nə bilmək olar bəlkə bu dərd sayəsində doğru yolu daha aydın görəcəyik ?! Əgər dərdin dərd olduğunun fərqinə varsaq təbii ki. Bizlər sən və mən qəflətini aşıb “biz” şüuruyla hərəkət etməli, həmrəy olmalı, ekoloji çevrəmizi qorumalıyıq!”,- deyə fikrini yekunlaşdırıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
6 d. əvvəl
"Maya dəyəri 4–5 dollar olan telefonlar mağazalarda 60–70 manata təklif olunur"
- 21 d. əvvəl
- 36 d. əvvəl
-
38 d. əvvəl
Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılmasına dəstək verəcək
- 59 d. əvvəl
-
1 saat əvvəl
Güclü iPhone satışları hesabına Apple şirkətinin gəliri rekord qırıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Abşeronun prokuroru vəzifəsindən azad olundu
Güclü iPhone satışları hesabına Apple şirkətinin gəliri rekord qırıb
Rəsmi məzənnələr açıqlanıb
Ən çox oxunanlar
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir
Qızıl və gümüş kəskin ucuzlaşıb
Tramp Kubaya neft satan ölkələrə gömrük tarifi tətbiqini nəzərdə tutan sərəncam imzalayıb
Kimya şirkəti Dow 4 min 500 nəfəri işdən çıxaracaq
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək























