Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bugün ABŞ-da “Conference Board” İstehlakçıların İnam İndeksinin dərc olunması ərəfəsində beynəlxalq birjalarda dollar major valyutalar qarşısında ucuzlaşmaqda davam edir. Ötən gün ərzində EURUSD cütlüyü 1.1200 səviyyəsini test etdi. Bu hədd son bir ilin maksimumudur. Eləcə də, GBP/USD valyuta cütlüyüdə artım tendensiyasını davam etdirir. Dünən 1.3221 səviyyəsinə qədər bahalaşan funt/dollar məzənnəsi ötən gün ərzində 1.3181 səviyyəsinin üzərində üfüqi tendensiyanı qoruyub.
Hal-hazırda EUR/USD, GBP/USD və USD/JPY cütlükləri müvafiq olaraq 1.1170, 1.3197 və 144.650 səviyyələrində ticarət olunurlar. Dollar indeksi isə 100.42 bənd təşkil edir. Qızılın qiyməti 2500$ səviyyəsinin üzərində möhkəmlənməyə davam edir. Ötən gün 2526$ səviyyəsinə qədər bahalaşan dəyərli metal, sonradan bir qədər ucuzlaşıb və hal-hazırda 2510$ səviyyəsində ticarət olunur.
Bazar ertəsi beynəlxalq birjalarda “Brent” markalı neftin bir barreli 1.91%, “WTI” markalı neftin bir barreli isə 2.65% bahalaşıb. Bir gün əvvəl qiymətlərin artımı Liviyanın şərqində hökumətin bütün neft yataqlarında fors-major hallar səbəbindən neft hasilatın və ixracın dayandırılması ilə bağlı bəyanatı ilə dəstəkləndi.
Səhm bazarında isə “Apple” şirkətinin səhmləri diqqət mərkəzindədir. Belə ki, şirkətin saytındakı məlumata görə, “Apple” sentyabrın 9-da payız təqdimatını keçirəcək. Qeyd olunur ki, tədbir çərçivəsində “Apple” “iPhone 16”-nı, həmçinin “Air Pods” qulaqlıqlarının və “Apple Watch” smart saatlarının yeni modellərini təqdim edəcək.
Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın ÜDM-i ikinci rübdə analitiklərin fikrincə rüblük ifadədə 0.1% azalıb. Qeyd olunan məlumatlar bugün Bakı vaxtı ilə saat 10:00-da ölkənin Federal Statistika Bürosunun (Destatis) açıqlamasında dərc olunacaq.
Həmçinin, Bakı vaxtı ilə saat 18:00-da “Conference Board” analitik şirkəti ABŞ-da İstehlakçı İnamı İndeksini dərc edəcək. Ekspertlərin fikrincə, avqust ayında indeks 100.3 bənd səviyyəsindən 100.6 bənd səviyyəsinədək yüksəlib.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 12 d. əvvəl
-
19 d. əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 48 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əmanətlərin sığortalanması faizi yeni metodologiya ilə təsdiq ediləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Maya dəyəri 4–5 dollar olan telefonlar mağazalarda 60–70 manata təklif olunur"
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Ən çox oxunanlar
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
Yeni Mercedes-Benz S-Class təqdim edildi - FOTO/VİDEO
Güclü iPhone satışları hesabına Apple şirkətinin gəliri rekord qırıb
Rəsmi məzənnələr açıqlanıb






















