"Trampın vergi endirimləri ABŞ-ın dövlət borcunu 5 trilyon dollar artıracaq"
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın təklif etdiyi vergi endirimləri ABŞ-ın dövlət borcunu daha 5 trilyon dollar artıracaq.
Marja xəbər verir ki, bunu Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Çikaqoda keçirilən qurultayda çıxış edərkən bildirib.
"Tramp özü və milyarder dostları üçün mübarizə aparır. O, onlar üçün dövlət borcuna daha 5 trilyon dollar əlavə edəcək vergi endirimlərinin növbəti mərhələsini elan edəcək",- deyib.
İyulun 29-da ABŞ Xəzinədarlığı ölkənin milli borcunun tarixdə ilk dəfə olaraq 35 trilyon dolları keçdiyini açıqlayıb. ABŞ Konqresinin Büdcə Ofisinin proqnozlarına görə, 2034-cü ildə dövlət borcu 50 trilyon dolları keçəcək ki, bu da ÜDM-in 122%-dən çoxunu təşkil edəcək. Agentlik hesab edir ki, ABŞ ÜDM-i 2029-cu ildən 2034-cü ilə qədər orta illik 1,8% artacaq.
Tramp isə seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-ın dövlət borcunu azaldacağına söz verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 43 d. əvvəl
-
1 saat əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib

















