Naxçıvanda hərrac vasitəsilə 6 torpaq sahəsi mülkiyyətə, 5 torpaq sahəsi icarəyə verilib
Avqustun 20-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı növbəti hərrac keçirilib.
Xİdmətin yaydığı məlumatda bildirilir ki, hərracda qeydiyyatdan keçmiş 22 sifarişçi muxtar respublikanın 9 bələdiyyəsinə məxsus 6 torpaq sahəsinin mülkiyyətə, 5 torpaq sahəsinin isə icarəyə verilməsi üzrə rəqabətin iştirakçısı olub.
Bildirilib ki, sahibkarlıq fəaliyyəti üçün hərraca çıxarılan torpaq sahələrinin ilkin satış və icarə qiymətləri müvafiq ərazilər üzrə torpaq sahələrinin bazar qiyməti nəzərə alınmaqla müəyyənləşdirilib. Şəffaflığın təmin edilməsi məqsədilə hərracın videoçəkilişi aparılıb.
Xatırladılıb ki, cari ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında hərrac yolu ilə satılan əmlakların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 70-ə çatıb. Ötən 7 ayda keçirilən hərraclardan xüsusi hesaba daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə artıb.
Keçirilən hərrac və müsabiqələrlə bağlı ətraflı məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin emlak.nakhchivan.az rəsmi internet saytından əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























