Yenə də kapital bazarında 1-ci yerdədir
10 ildən artıq fəaliyyət dövrü ərzində ölkənin kapital bazarlarının inkişafında xüsusi rolu olan və illərdir lider mövqeyini qoruyan “PAŞA Kapital” bu ilin 7 ayının nəticələrinə əsasən yenə də kapital bazarlarının birincisidir.
Şirkətin yaydığı məlumatda bildirilir ki, investisiya şirkəti həm dövriyyə həcmi, həm də qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətlərinin əksər seqmentləri üzrə ilk pillədə qərarlaşıb.
Bakı Fond Birjası tərəfindən 2024-cü ilin yanvar-iyul ayları üzrə açıqlanan hesabata əsasən, "PAŞA Kapital" 16 milyard 445 milyon manatdan artıq dövriyyə həcmi ilə Azərbaycan bazarının ən iri investisiya şirkəti olaraq mövqeyini daha da gücləndirib. Həmçinin hesabat dövrü ərzində şirkət Mərkəzi Bankın notları, Dövlət istiqrazları, Repo bazarları üzrə aparılan əməliyyatların həcminə görə yerli bazarın lideri kimi fərqləndirilib.
Kapital bazarları üzrə fəaliyyətini uğurla davam etdirən "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin ötən ilin müvafiq dövrü ilə müqayisədə repo əməliyyatları üzrə ticarət həcmində 167% və Maliyyə Nazirliyinin istiqrazları üzrə isə 34% artım qeydə alınıb. Həmçinin, korporativ istiqrazların dövriyyəsi sözügedən dövrü üzrə 556 milyon manat təşkil etmişdir, bu da öz növbəsində 190% artım deməkdir. Qeyd edilib ki, şirkətin ümumi dövriyyə həcmi keçən ilin iyul ayı ilə müqayisədə 105% çoxdur.
Şirkət yerli və beynəlxalq investorlar daxil olmaqla, fərdi və korporativ müştərilərə investisiya xidmətləri, eləcə də brokerlik, portfelin idarə edilməsi, anderraytinq, maliyyə məsləhətləri və tədqiqat, həmçinin marja ticarəti sahəsində öz xidmətlərini təklif edir. Belə ki, "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, gələcək illər üçün də investisiya xidmətlərinin daha geniş investor kütləsi üçün əlçatan olmasını əsas prioritet istiqamət olaraq müəyyənləşdirmişdir.
"PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin fəaliyyəti, həmçinin xidmət və məhsulları haqqında daha ətraflı məlumatla https://www.pashacapital.az/ rəsmi internet səhifəsindən tanış ola və ya 1548 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)





.jpg)








