“Azərenerji"nin gəliri düşüb, xalis mənfəəti kəskin azalıb
Azərbaycanda elektrik enerjisinin istehsalı və topdan satışı ilə məşğul olan “Azərenerji" ASC 2023-cü ili 175 milyon 112 min manat xalis mənfəət ilə başa vurub. Dövlət şirkəti 2022-ci ili 436 milyon 506 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Azərenerji"nin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 261 milyon 394 min manat və ya 59,9% azalıb. Xalis mənfəətin azalması enerji satışından gəlirin düşməsi və əməliyyat xərclərinin artması ilə əlaqədardır.
Marja.az “Azərenerji ASC-nin 31 dekabr 2023-ci il tarixinə bitən il üzrə Konsolidə edilmiş Maliyyə Hesabatlarına istinadən xəbər verir ki, Şirkətin enerji satışından gəlirləri 2022-ci ildə 1 milyard 840 milyon 564 min manat ikən, 2023-cü ildə 1 milyard 685 milyon 264 min manat təşkil edib (155 milyon 300 min manat və ya 8,4% azalıb).
31 dekabr 2023-cü il tarixində “Azərenerji"də 1 milyard 994 milyon 391 min manat yığılmış zərər olub. 2022-ci ilin sonunda yığılmış zərər 2 milyard 164 milyon 739 min manat idi.
AKTİVLƏRİ ARTIB
31 dekabr 2023-cü il tarixində “Azərenerji" ASC 5 milyard 313 milyon 872 min manat cəmi aktivlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 4 milyard 522 milyon 509 min manat cəmi aktivlərə malik idi.
Ötən ilin sonunda “Azərenerji"nin 1 milyard 266 milyon 16 min manat kredit borcu olub (2022-ci ilin sonunda 1 milyard 172 milyon 998 min manat).
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli – 110, 220, 330, 500 kilovoltuq elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 d. əvvəl
-
-
18 d. əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 25 d. əvvəl
- 28 d. əvvəl
-
39 d. əvvəl
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
























