Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Finans Kredit"in istiqrazlarına 1 investor 1 sifariş təqdim edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Finans Kredit"in istiqrazlarına 1 investor 1 sifariş təqdim edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

BOKT "Finans Kredit" MMC-nin buraxılış həcmi 200,000 (iki yüz min) manat olan istiqrazlarının Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi 16 iyul 2024-cü il tarixində yekunlaşıb.

Biranın yaydığı məlumata görə, istiqrazlara 1 investor 1 sifariş təqdim edib. İstiqrazlar tam məbləğdə yerləşdirilib.

Reklam_2_11

12 iyul 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "Finans Kredit" MMC-nin buraxılış həcmi 200,000 (iki yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: BOKT "Finans Kredit" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2003023556

İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması: Kütləvi/Birqiymətli

İstiqrazın sayı: 200 (ədəd)

İlkin ticarət qiyməti: 1,000 manat

Buraxılış həcmi: 200,000 manat

Hərrac qiyməti: 1,000 manat

İllik gəlirlilik faizi: 15%

Reallaşdırılmış həcm: 200,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 200,000 manat

İnvestor sayı: 1

Sifariş sayı: 1

Ödəmə Periodu: İlk istiqraz yerləşdiyi tarixdən etibarən 30 (otuz) gündən bir ödəniləcəkdir

Tədavül müddəti: 24 ay

İstiqrazların ödəmə tarixi: 16.07.2026

Anderrayter: “CPM İnvest İnvestisiya Şirkəti” ASC

16.07.2024 18:31

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Əsas səhifədə 2-ci reklam_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ