“Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradıldı - FƏRMAN
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Respublika Qan Bankı” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" Fərman imzalayıb.
Marja xəbər verir ki, Fərman ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” (bundan sonra – Qan Bankı) publik hüquqi şəxs yaradılıb.
Müəyyən edilsin ki, Qan Bankı qan və qan komponentlərinə olan tələbatın ödənilməsi sahəsində fəaliyyət göstərən, qan və qan komponentlərinin tədarükünü, emalını, yoxlanılmasını, saxlanılmasını və bölüşdürülməsini təmin edən publik hüquqi şəxsdir.
Fərmanda deyilir:
2.2. Qan Bankının fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
2.3. Qan Bankının fəaliyyətinə cari rəhbərliyi icraçı direktor həyata keçirir.
3. Qan Bankının təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. Qan Bankının yenidən təşkili və ləğv edilməsi;
3.1.2. Qan Bankının idarəetmə orqanlarının yaradılması;
3.2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə:
3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:
5.1. Qan Bankının nizamnaməsini iki ay müddətində təsdiq etsin;
5.2. Qan Bankının dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;
5.3. Qan Bankı dövlət qeydiyyatına alındıqdan sonra onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;
5.4. bu Fərmanın 2.1-ci bəndi nəzərə alınmaqla, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin nizamnaməsində, strukturunda və işçilərinin say həddində dəyişiklik edilməsi üçün zəruri tədbirlər görsün;
5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Qan Bankı dövlət qeydiyyatına alındığı günədək Milli Hematologiya və Transfuziologiya Mərkəzinin qan xidməti sahəsində fəaliyyət göstərən struktur bölmələri fəaliyyətini həmin Mərkəzin tabeliyində davam etdirsinlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
2 saat əvvəl
Rusiya şirkəti Azərbaycandakı biznesinin satışından 56,8 milyon manat əldə edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan holdinqi Daşkənddə lüks hotel və rezidensiya tikir - 200 MİLYON DOLLARLIQ LAYİHƏ
-
3 saat əvvəl
Si Cinpin Kazanda keçiriləcək BRİCS sammitində iştirak edəcək
-
3 saat əvvəl
İllik 15 faiz gəlir, 30 gündən bir ödəniş – BAZARDA YENİ İSTİQRAZ
-
3 saat əvvəl
Azərbaycan şirkəti mineral daş yunu istehsalı zavodunun tikintisini tam başa çatdırıb
-
4 saat əvvəl
Azərbaycanda alkoqollu içkilərin və siqaretlərin tranzit daşınması zamanı depozit tətbiq ediləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Biz Bakıdan Səmərqəndə, Fərqanəyə, Urgençə yeni uçuşlar açmaq istəyirik"
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakının yaxşı bir yerində Özbəkistan üçün 5-10 hektar ərazi ayrılacaq