"Azərsun" maliyyə vəziyyətini açıqladı - 1,9 milyard gəlir, 58 milyon xalis mənfəət
Azərbaycanda iri qida məhsulları istehsalçısı olan "Azərsun Holdinq" MMC 2023-cü ili 58 milyon 312 min manat xalis mənfəət ilə başa vurub. Holdinq 2022-ci ili 15 milyon 197 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Azərsun Holdinq"in xalis mənfəəti 3,8 dəfə artıb. Xalis mənfəətin artması 2023-cü ildə holdinqin əsas əməliyyat gəlirindən başqa 67 milyon 932 min manat digər gəlir əldə etməsi və təxirə salınmış vergi öhdəliyinin olmaması ilə əlaqədardır.
Marja.az "Azərsun Holdinq" MMC və onun törəmə müəssisələrinin 31 dekabr 2023-cü il tarixində başa çatan il üzrə maliyyə hesabatlarına istinadən xəbər verir ki, şirkətin əsas əməliyyat gəliri (satış) 2022-ci ildə 1 milyard 825 milyon 369 min manat ikən, 2023-cü ildə 1 milyard 810 milyon 863 min manat təşkil edib (14 milyon 501 min manat azalıb).
2023-cü ildə "Azərsun Holdinq" 67 milyon 932 min manat digər gəlir əldə edib (2022-ci ildə 2 milyon 663 min manat).
Ötən il "Azərsun Holdinq" MMC-nin vergidən əvvəlki mənfəəti 2 dəfə artaraq 86 milyon 910 min manat təşkil edib. Şirkət 2023-cü ildə 29 milyon 171 min manat mənfəət vergisi ödəyib.
Qrup 31 dekabr 2023-cü il tarixində 518 milyon manata yaxın bölüşdürülməmiş mənfəətə malik olub.
31 dekabr 2023-cü il tarixində qrup 1 milyard 72 milyon manat cəmi aktivlərə malik olub. Qrup 2022-ci ilin sonunda 1 milyard 163 milyon manat cəmi aktivlərə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























