Təxminən 89 milyard qazanıb, 86 milyard xərcləyib
2023-cü ildə Azərbaycanın ən böyük neft və qaz şirkəti SOCAR-ın cəmi gəlirləri 89 milyard 99 milyon manat, cəmi xərcləri 86 milyard 420 milyon manat təşkil edib. Nəticədə, 2 milyard 679 milyon manat əməliyyat mənfəətindən 606 milyon manat mənfəət vergisi ödənilib. Şirkət 2023-cü ili 2 milyard 73 milyon manat xalis mənfəət ilə başa vurub.
Bu barədə Marja.az SOCAR-ın illik hesabatına istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə SOCAR-ın cəmi gəlirləri 123 milyard 763 milyon manat, cəmi xərcləri 112 milyard 900 milyon manat, ödənilən mənfəət vergisi 1 milyard 439 milyon manat, xalis mənfəəti 9 milyard 424 milyon manat təşkil etmişdi.
Şirkətin əsas əməliyyat gəlirləri (neft, qaz və neft məhsulları satışından) 2022-ci ildə 119 milyard 228 milyon manat ikən, 2023-cü ildə 85 milyard 201 milyon manata düşüb (34 milyard 27 milyon manat və ya 28,5% azalıb).
SOCAR 2023-cü ili 2 milyard 73 milyon manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 9 milyard 424 milyon manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il Azərbaycanın iri şirkətinin xalis mənfəəti 7 milyard 351 milyon manat və ya 4,5 dəfə azalıb.
ŞİRKƏT KİÇİLİB
Ötən il SOCAR-ın cəmi aktivləri 8 milyard 869 milyon manat və ya 11% azalaraq 71 milyard 966 milyon manata düşüb. Şirkət 2022-ci ilin sonunda 80 milyard 835 milyon manat cəmi aktivlətə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























