Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Dünən ABŞ-da statistik məlumatların proqnozların altında dərc olunması fonunda bugün səhər saatlarında dollar major valyutalar qarşısında bir qədər ucuzlaşdı. EURUSD valyuta cütlüyü 1.0677 həddindən 1.0693 həddinə kimi, GBPUSD cütlüyü 1.2613 həddindən 1.2633 həddinə kimi bahalaşdı. USDJPY valyuta cütlüyü 160.870 həddindən 160.420 həddinə qədər ucuzlaşsa da, vacib dəstək həddi olan 160.000 səviyyəsinin üzərində qalmaqda davam edir. 

Çərşənbə günü ABŞ-da Tikinti üzrə İcazələrin Sayı göstəricisi dərc olundu. Analitiklər icazələrin 1.440 milyon səviyyəsindən 1.386 milyon səviyyəsinə qədər enəcəyini proqnoz etsələr də, göstərici 1.399 səviyyəsində açıqlanıb. Həmçinin Yeni Mənzil Satışlarının Həcmi aprel ayı ilə müqayisədə 11.3% azalaraq 698 mindən 619 minə qədər enib. 

Qızıl qiymətləri eniş tendensiyasını davam etdirir. Dünən gün ərzində dəyərli metal 2320$ səviyyəsindən 2294$ səviyyəsinə qədər ucuzlaşdı, lakin sonra bir qədər bahalaşaraq 2300$ həddinə yüksəldi. 

“Brent” markalı neftin bir barrel üçün dəyəri 85.20$, “WTI” markalı neftin isə bir barrel üçün dəyəri 81.20$ təşkil edir. 

Bugün dərc olunacaq bir sıra göstərici, xüsusilə də Amerikada açıqlanacaq ÜDM hesabatı  investorların diqqət mərkəzində olacaq. Analitiklərin fikrincə, birinci rübdə ABŞ-ın ÜDM-i, üçüncü, yekun hesablamaya görə, illik ifadədə 1.4% artıb (Əgər ÜDM ardıcıl dörd rüb eyni sürətlə artıbsa). ABŞ-ın Ticarət Departamentinin İqtisadi Təhlil Bürosu müvafiq məlumatları Bakı vaxtı ilə saat 16:30-da dərc edəcək. 

Eyni zamanda, ABŞ-ın Əmək Departamenti iyunun 22-də bitən həftə üçün ölkədə İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı ilə bağlı məlumatları açıqlayacaq. Ekspertlər öncəki həftə ilə müqayisədə müraciətlərin sayının 238 mindən 236 minə qədər azaldığını proqnozlaşdırırlar.

Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.

27.06.2024 10:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ