Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Bəzən müştəri sayı artdıqda, xidmət keyfiyyəti azalır. ABB-də isə bu, belə deyil"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bəzən müştəri sayı artdıqda, xidmət keyfiyyəti azalır. ABB-də isə bu, belə deyil"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"ABB ötən ilin nəticələrinə əsasən, ölkənin ən mənfəətli bankı olub, Beynəlxalq Mühasibat Uçotu Standartları əsasında hazırlanmış hesabatlara görə, Bankımız səhmdarlarımıza 380 milyon manat mənfəət qazandırıb. Aktiv müştərilərimizin sayı son 3 ildə 2 dəfə artıb. Bankın kapital adekvatlığı 21 faizdir, bu isə requlyativ tələbi 9 faiz bəndi üstələyir". 

Marja.az xəbər verir ki, bunu mühasibəsində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

Bankın Sədri qeyd edib ki, rəqəmsal həllərimiz nəticəsində bu gün Bankda satılan kreditlərin və kartların 60%-ə yaxını, korporativ müştərilərimizin əməliyyatlarının isə 95%-ə qədər hissəsi tam rəqəmsal formada, filiallardan kənar, yəni müştərilərlə təmassız həyata keçirilir:

"Bu gün bankımızda xərclərin gəlirlərə nisbəti əmsalı 39%-dir. Bu isə dünyada ən effektiv çalışan kommersiya banklarının orta göstəricisindən aşağıdır. Yəni, bütün bunlar onu göstərir ki, son illər ABB komandasının gördüyü işlər Bankımızı daha sağlam, səmərəli, effektiv və rəqabətli edib. Bütün uğurlarımızın mərkəzində ABB komandasının hər bir üzvünün əməyi var. 

Abbas İbrahimov, "Digər bir maraqlı nəticəmizi də sizinlə bölüşüm" deyərək suala cavabına belə davamedib:

"Bəzən müştəri sayı artdıqda, həmin müştərilərə xidmət keyfiyyəti tədricən azalır. ABB-də isə bu, belə deyil. Əksinə, bir neçə ildir Net Promoter Score, yəni Tövsiyyə Sorğusu göstəricimiz hər il daha da yaxşılaşır. Bu yaxınlarda, müstəqil marketinq araşdırmaları şirkətinin apardığı sorğu nəticəsində ABB ən yüksək göstərici ilə - 64.8%-lik nəticə ilə banklar arasında Tövsiyə Çempionu olub. Müştərilərimiz öz dostlarına, qohumlarına, tanışlarına bankımızı əminliklə tövsiyə edirlər. Sorğunun nəticələri barədə mətbuata əlavə açıqlamalarımız olacaq".

25.06.2024 12:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ