Nvidia səhmləri bahadır yoxsa ucuz?
Nvidia-nın gəlirlərindəki artım gələcək dövr üçün proqnozları çətinləşdirərkən, son proqnozlar nəticələrdən orta hesabla 12 faiz yüksək olub. Bu vəziyyət bazarda Nvidia səhmlərinin qiymətləndirilməsi ilə bağlı suallar doğurur.Nvidia səhmlərinin cəmi dəyəri şirkətin 12 aylıq dövr üçün proqnozlaşdırılan satışlarınnın məbləğindən təxminən 23 dəfə yüksəkdir və S&P 500 İndeksində ən bahalı səhm olaraq seçilir. Ancaq bu qiymətləndirmədə problem var. Süni intellekt bumu dövründə nə Wall Street analitikləri, nə də Nvidia rəhbərləri çip istehsalçısının faktiki gəlirlərinin necə olacağını təxmin edə bilmirlər.
Marja.az xəbər verir ki, süni intellekt çılğınlığı Nvidia çiplərinə tələbatın artmasına səbəb olub və Wall Street-in rüblük maliyyə proqnozlarını şübhə altına alıb.
Digər tərəfdən, hətta Nvidia-nın rəhbərləri də çip istehsalçısının yaxın üç ayda nə qədər pul qazanacağını proqnozlaşdırmaqda çətinlik çəkirlər. Nvidia-nın satışlarının artmağa başladığı 2023-cü ilin aprelində başa çatan maliyyə rübündən bəri şirkətin gəlirləri orta hesabla öz proqnozundan 13 faiz çox olub. Bloomberg-in tərtib etdiyi məlumatlara görə, şirkət avqust ayında nəticələrini açıqlayanda satışlar proqnozdan 23 faiz çox idi.
"Morningstar"ın analitiki Brian Colello, Nvidia üçün modelləşdirməni çətinləşdirən amillərdən birinin, çiplərə tələbin kəskin artdığı bir vaxtda təklifin qeyri-müəyyən olması olduğunu düşünür. Colellonun sözlərinə görə, bu, çip istehsalçısını unikal edir. Colello keçən ay şirkətin səhmləri üçün qiymət hədəfini 91 dollardan 105 dollara qaldırıb. Hazırda Nvidia səhmləri 127 dollar ətrafında satılır.
Colello, Nvidia-nın təklifi artırmaq qabiliyyətinin davamlı olaraq yaxşılaşacağını fərz edərək, növbəti rüb satışlarını proqnozlaşdırmaq üçün Nvidia-nın rüblük gəlirinə 4 milyard dollar əlavə etdiyini söyləyib: "Mən qiymət hədəfimi qaldıran və ya qazancın bir il əvvəl düşündüyümüzdən daha yüksək olacağına təəccüblənən tək analitik deyiləm".
Nvidia səhmlərini alan çoxlu investorlar var. Nvidia bu il 156 faiz dəyər qazanıb və çərşənbə axşamı Microsoft-u geridə qoyaraq qısa müddət ərzində 3,34 trilyon dollarla dünyanın ən dəyərli şirkəti olub.
Bloomberg-in tərtib etdiyi məlumatlara görə, analitiklərin Nvidia-nın satışları ilə bağlı təxminləri son beş rüb ərzində real nəticələrdən orta hesabla 12 faiz kənara çıxıb.
Nvidia-mım biznesi sürətlə böyüyür. Şirkətin Microsoft kimi çox böyük müştəriləri, qarşıdakı rüblərdə kompüter avadanlıqlarına daha çox pul xərcləyəcəklərini deyirlər. İnvestorlar üçün əsl sual, qazancı və satış artımı analoq şirkətlərdən qat-qat yüksək olan Nvidia səhmi üçün ədalətli qiymətin nə olmasıdır.
Nvidia-nın bu rübdə 28,4 milyard dollarlıq satışdan 14,7 milyard dollar mənfəət əldə edəcəyi gözlənilir; Bu rəqəmlər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 111 faiz və 137 faiz artım göstərir. Microsoft-un satışlarının 15 faiz artacağı gözlənildiyi halda, Apple üçün təxmin 3 faiz ətrafındadır.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
-
-
5 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
6 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
7 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Qızıl kreditini bu banka gətirənlərə endirim var
AccessBank QSC taksi xidməti tenderi elan edir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
























