Bank Respublika “Gənc Qan Donorlarının IV Ümumrespublika Forumunda” mükafat alıb
14 iyun - Beynəlxalq Qan Donoru Günü münasibətilə Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək vermək məqsədilə Qan Donorları Assosiasiyasının, Mərkəzi Qan Bankının, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Qırmızı Ürəklər (Red Hearts) Fondunun birgə tərəfdaşlığı ilə “Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu” keçirilib.
Forumun keçirilməsində əsas məqsəd ölkəmizdə qan donorluğunun inkişafına dəstək, könüllü qanvermənin əhəmiyyəti barədə insanların məlumatlandırılması, daha çox insanın könüllü donorluğa həvəsləndirilməsi, eyni zamanda, qan donorluğu istiqamətində cəmiyyətin maarifləndirilməsi olub.
Azərbaycanda qan donorluğunun inkişafında fəal iştirakına və verdiyi dəstəyə görə Bank Respublika xüsusi təşəkkürnamə ilə təltif edilib.
Qeyd edək ki, “Bank Respublika”nın kollektivi qanvermə aksiyalarında daim iştirak edir, xroniki və irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək məqsədi daşıyan bu işlərdə öz töhfəsini verir. Bank hər il “Dəstək olaq, təbəssümlər çoxalsın!” şüarı ilə Bank Respublikanın Baş ofisində Bankın rəhbərliyi və əməkdaşlarının iştirakı ilə könüllü qanvermə aksiyası keçirir.
Bank Respublika hər kəsi bu cür aksiyalarda iştirak etməyə, donor olaraq ehtiyacı olanlara dəstək olmağa çağırır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 13 d. əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 14 saat əvvəl
-
14 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
15 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 15 saat əvvəl
-
15 saat əvvəl
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib - YENİ 7 ÜZV
-
15 saat əvvəl
Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb
-
15 saat əvvəl
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Prior Leasing"in xalis mənfəəti artıb
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
İran qida məhsullarının ixracını qadağan edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub



























