Qum, çınqıl, gil, qranodiorit, andezit yataqları bu şirkətlərə verildi
Hərracda 17 faydalı qazıntı yatağı istifadəyə verilib. Sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Belə ki, faydalı qazıntı yataqlarından birinə edilən təklif start qiymətindən 30 dəfə çox olub.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
Marja.az Xidmətə istinadən xəbər verir ki, faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı keçirilən hərraclar bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün yeni imkan və əlverişli şərait yaradır.
5 iyun tarixində keçirilmiş hərracda investorların fəallığı müşahidə edilib. Belə ki, Xızıda yerləşən “Yeni Yaşma I” qum-çınqıl yatağı üzrə təklif 7.079 manatdan 201.000 manata, “Təzəkənd” qum-çınqıl yatağının LOT-1 üzrə təklif 15.000 manatdan 236.000 manata yüksəlib. Bununla yanaşı, start qiyməti 13.897 manat olan “Kürdçü” qum yatağı 200.000 manata istifadəyə verilib.
Qeyd edək ki, hərracda qum, qum-çınqıl yataqları ilə yanaşı, gil, qranodiorit, andezit yataqları da investorlara istifadəyə verilib.
Hərracın nəticələri (yekun qiymət, hərracın qalibləri və digər məlumatlar) ilə aşağıdakı cədvəldə tanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























