DSMF ilə Gürcüstanın Sosial Xidmətlər Agentliyi arasında əməkdaşlıq sənədi imzalanıb
Sənəddə pensiya təminatı ilə bağlı qanunvericilikdə edilən dəyişikliklər, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi mexanizmləri və s. sahələrdə məlumat mübadilələrinin həyata keçirilməsi əksini tapıb.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub.
Gürcüstanın işğal olunmuş ərazilərdən məcburi köçkün düşənlərlə iş, əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini İrine Tsaqadze ilə görüşdə ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verilib.
Əhalinin sosial təminatı istiqamətində cari vəziyyət və prioritet məsələlərə dair fikir mübadiləsi aparılıb. İkitərəfli əlaqələrin genişləndirilməsi, perspektiv əməkdaşlıq məsələləri müzakirə edilib.
Səfər çərçivəsində Himalay Məmişov və Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkün Düşənlərlə İş, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin Sosial Xidmətlər Agentliyinin rəhbəri Giorgi Çanturia iki qurum arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.
Sənəddə pensiya təminatı ilə bağlı qanunvericilikdə edilən dəyişikliklər, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi mexanizmləri və s. sahələrdə məlumat mübadilələrinin həyata keçirilməsi əksini tapıb.
Tədbirdə H.Məmişov Azərbaycanın pensiya-sığorta sistemində aparılan islahatlar və əldə olunan nailiyyətləri barədə məlumat verib.
G.Çanturia sosial sığorta və sosial təminat sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin Gürcüstanda tətbiq edilməsində maraqlı olduqlarını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 d. əvvəl
-
- 31 d. əvvəl
-
35 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb



























