ABB 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatını açıqladı!
(®) ABB Dayanıqlı İnkişaf Məqsədləri (DİM), eləcə də ekoloji, sosial və korporativ idarəetmə (ESİ) ilə bağlı öhdəliklərinə sadiq qalaraq 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatını təqdim edib.
Qlobal Hesabatlılıq Təşəbbüsü (GRI) 2021 Standartlarının tövsiyələrini, eləcə də BMT-nin və digər beynəlxalq qurumların dayanıqlılıq üzrə təşəbbüslərini rəhbər tutaraq hazırlanmış hesabat ABB-nin “Yaşıl dünya naminə həmrəylik” çərçivəsində həyata keçirdiyi layihələrin davamıdır.
Dayanıqlı İnkişaf Hesabatında ABB-nin 2023-cü il ərzində sosial, ətraf mühit, iqtisadi, məsuliyyətli idarəetmə üzrə fəaliyyətinin nəticələri əks olunub. Bankın dayanıqlı inkişaf göstəriciləri son üç il üzrə müqayisəli şəkildə təqdim edilib. Beləliklə, oxuculara ABB-nin dayanıqlı inkişaf tendensiyalarını aydın şəkildə izləyərək təhlil etmək imkanı yaradılıb.
Beynəlxalq audit şirkəti olan EY hesabatda açıqlanmış qeyri-maliyyə göstəricilərinin düzgünlüyü və şəffaflığı barədə müstəqil əminlik bəyannaməsi verib.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu hesabat ABB Maliyyə Qrupu olaraq son illərdə dayanıqlı inkişaf istiqamətində əldə etdiyimiz nailiyyətlərə ümumi baxışdır. “Yaşıl dünya naminə həmrəylik ili”ndə belə bir hesabat bizim üçün xüsusi dəyər daşıyır. Nəticələrimizi qiymətləndirməyə, yeni hədəflərimizi müəyyənləşdirməyə kömək göstərir. Ənənəmizə sadiq qalaraq 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatımızda da məlumatların maksimum əhatəli olmasına çalışmışıq. Yanaşmalar yeni, standartlar beynəlxalq təcrübəyə uyğundur”.
Xatırladaq ki, ABB dayanıqlılıq sahəsində təşəbbüslərinin tərkib hissəsi kimi bu il BMT-nin Qlobal Sazişinə də qoşulub. Bu Saziş biznesin sosial məsuliyyətinin təşviq edilməsi və onun dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunu stimullaşdırır.
Hesabatla buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
11 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
12 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
33 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
38 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
45 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib

















.jpg)









