Peşəkar təlimçini dinlə, satışını dəfələrlə artır
(®) 08 iyun 2024-cü il tarixində, Bakıda “HBN Academy”nin təşkilatçılığı ilə tanınmış təlimçi Ercan Telci tərəfindən “Satışda peşəkarlaşmaq və satışları artırmaq üçün məsləhətlər” mövzusunda təlim keçiriləcək.
Korporativ satış və marketinq üzrə təlimçi, “Satış Hikməti” kitabının müəllifi və Türkiyənin “Ən yaxşı satış təlimçisi” mükafatı ilə təltif olunmuş Ercan Telcinin satış sahəsində 40 ilə yaxın, təlimdə isə 14 illik təcrübəsi var. O, 400-dən çox böyük şirkət üçün korporativ satış və motivasiya təlimləri təşkil edib.
“Satışda peşəkarlaşmaq və satışları artırmaq üçün məsləhətlər” təlimi sahibkarlar, şirkət rəhbərləri, şirkətlərin satış üzrə əməkdaşları, inandırmaq qabiliyyətindən əmin olmayanlar, satışın müəyyən mərhələlərində çətinlik çəkənlər, satış və marketinq bacarıqlarını genişləndirmək istəyən hər kəs üçün nəzərdə tutulub.
Təlim proqramı “Müştəri kimdir?”, “Müştərinin şüuraltı kodlarına və düşüncəsinə nüfuzetmə”, “Fizioloji və psixoloji satış”, “Müştərilərin satınalma qərarlarına təsir edən amillər”, “Etirazları və qiymət etirazlarını necə idarə etməliyik?” və “Effektiv nitqin 3 sehrli texnikası” mövzularından ibarətdir.
Təlim müxtəlif interaktiv metodları (rol oyunları, qrup çalışmaları, tematik testlər, təlim çarxları, debatlar və s) özündə cəmləşdirən intensiv dərslərdən ibarət olacaqdır. Təlim zamanı iştirakçılar bu sahədəki real vəziyyəti təhlil edəcək, mövcud bacarıq və təcrübələrini nümayiş etdirəcək, yeni bilik və onların tətbiqi üsullarını öyrənəcəklər.
Həyatınızı dəyişdirmək, satışınızı artırmaq, bir məhsul və ya xidməti satmağın ən asan yolunun nə olduğunu öyrənmək istəyirsinizsə, bu fürsəti qaçırmayın.
8 İyun 2024-cü il tarixində (şənbə günü) Bakıda Heydər Əliyev prospekti 152 ünvanında yerləşən “Çinar Plaza”nın konfrans zalında keçiriləcək təlim 5 saat davam edəcək (saat 09:00 – 14:00). Təlimdə iştirak edənlərə sertifikat təqdim olunacaq. Təlimin qiyməti yerlərdən asılı olaraq 60 manat, 80 manat və 120 manatdır.
Təlim haqqında daha ətraflı burada oxuya bilərsiniz.
Əlaqə: (+994) 77 209 37 37
Mail: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 17 d. əvvəl
-
- 32 d. əvvəl
- 40 d. əvvəl
- 45 d. əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
20 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir






.jpg)
.jpg)






.jpg)




