Kapital Bank-ın dəstəyi ilə “İxracın maliyyələşdirilməsi” mövzusunda təlim keçirilib
(®) Kapital Bank-ın dəstəyi və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “İxracın maliyyələşdirilməsi” mövzusunda maarifləndirici təlim keçirilib.
Layihənin məqsədi Azərbaycanın xarici ticarət nümayəndələrinin maliyyə resurslarına sürətli əlçatanlığı üçün inklüzivliyin artırılması və asanlaşdırılması, mütəmadi likvid təminat problemi yaşayan ixracatçıların ticarət-maliyyə alətlərindən istifadəsinin genişləndirilməsi, onların innovativ maliyyə alətləri haqqında məlumatlandırılması idi.
Təlimdə Kapital Bank-ın nümayəndələri də iştirak edib. Kiçik və orta sahibkarlarla iş departamentinin direktor müavini Elçin Mustafayev çıxışında sahibkarlarla bu formatda görüşlərin keçirilməsinin əhəmiyyətindən, bankın sahibkarlıq istiqamətində atdığı addımlardan, sahibkarlara yaradılan imkanlardan, bütün təşəbbüslərin müştəri mərkəzli xidmətin yaxşılaşdırılmasına yönəlməsindən danışıb. Təlimdə Kapital Bank-ın KOS və Korporativ məhsullar sahəsinin meneceri Orxan Mürsəlov və məhsul sahibi İsmət Vəkilov overdraft, gömrük kredit xətti, faktorinq, ticarət əməliyyatlarının maliyyələşdirilməsi, ixrac zamanı avans ödənişləri, akkreditiv haqqında sahibkarlara geniş məlumat verib.
Çıxışların ardından fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 5 d. əvvəl
-
- 24 d. əvvəl
-
28 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 54 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb



























