Azərbaycanda Ulyanovsk Ticarət Evi açıla bilər
Azərbaycanda Rusiyanın Ulyanovsk vilayətinin Ticarət Evinin açılması planlaşdırılır.
Rusiya mətbuatı xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Russkix Bakıya səfərinin yekunlarını şərh edərkən məlumat verib.
“Ulyanovsk müəssisələrinə ixracı artırmağa kömək etməklə dost ölkələrlə xarici ticarət dövriyyəsi artacaq. Azərbaycanda Ulyanovsk Ticarət Evinin açılmasını hədəfləyirik. Bu, istehsalçıların istəyidir, onlara ticarət dövriyyəsini 20-30 % artırmağa imkan verəcək. Azərbaycanda bazarlara çıxış üzərində işləyirik”, - qubernator bildirib.
O, Azərbaycanla humanitar sahədə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini də qeyd edib.
Qubernator əlavə edib ki, o, mayın 30-da Azərbaycanın Baş Naziri Əli Əsədov ilə əməkdaşlıq məsələlərini müzakirə edib: “Ulyanovsk vilayətinin təşəbbüsləri dəstəklənib”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 37 d. əvvəl
-
- 38 d. əvvəl
-
41 d. əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 47 d. əvvəl
-
51 d. əvvəl
İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
- 55 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur
-
4 saat əvvəl
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan neftinin qiyməti azalıb
Yaponiyada 40 illik istiqraz gəlirliliyi 4 faizə yüksəlib
























