“Azərbaycanın kapital bazarı artıq IPO üçün yetişib”
“Artıq şirkətlər bu barədə düşünməyə başlayıblar".![“Azərbaycanın kapital bazarı artıq IPO üçün yetişib”](/storage/thumbnail/cover/cdn/2024/may/03/axundov_ferid.jpeg)
Azərbaycanda kapital bazarı səhmlərin ilkin kütləvi təklifi (IPO) üçün artıq yetişib.
Bunu açıqlamasında Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasının sədri Fərid Axundov deyib.
“Artıq şirkətlər bu barədə düşünməyə başlayıblar. Bizim vəzifəmiz isə onların bazara daxil olmasına dəstək olmaq və onları bu prosesə hazırlamaqdır. IPO-ya daxil olmaq üçün şərtlər çətindir, lakin biz maraqlananlarla şərtləri müzakirə etməyə başlaya bilərik. İlk növbədə, şirkətlər mənfəətli, yaxşı idarəçilik sisteminə malik olmalıdırlar. Şirkətlərin investorlar üçün gələcək perspektivlərlə bağlı strategiyaları olmalıdır. Onlar minoritar səhmdarlarla açıq işləməyə hazır olmalıdırlar. Bu gün hər şirkət nə belə imkanlara malikdir, nə də bunu necə edəcəyini bilir”, - o vurğulayıb.
Onun sözlərinə görə, ənənəvi olaraq hazırda maliyyə sektoru IPO bazarında pioner ola bilər.
Beynəlxalq təcrübəyə görə, dövlət müəssisələrinin IPO-ya daxil olmasına məhdudiyyətlər var. F.Axundov qeyd edib ki, məsələn, Özbəkistanda dövlət öz balansında olan müəssisələrin səhmlərinin 2 %-ni IPO-ya çıxarıb [IPO üçün 40 iri müəssisənin siyahısı formalaşdırılıb, bu çərçivədə səhmlərin təxminən 2 %-ni əhaliyə təqdim etmək planlaşdırılır]. O qeyd edib ki, “Uztelecom” 2 %-lik paketinə 11 min investor sərmayə yatırıb”.
“Özəl şirkətlər səhmlərinin kütləvi təklif edilməsi siyasətini özləri müəyyən edir və bu, 10-20-30 % ola bilər”, - BFB-nin Müşahidə Şurasının sədri əlavə edib.
O, Prezident İlham Əliyevin 2023-cü ilin avqustunda imzaladığı “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncama istinad edərək bildirib ki, dövlət şirkətlərinin səhmlərinin satışı dövlətin qərarından asılı olaraq birja vasitəsilə həyata keçirilə bilər: “Bu prosesin birja vasitəsilə həyata keçirilməsində maraqlıyıq”.
Qeyd edək ki, adı çəkilən sərəncama əsasən, siyahıya 8 bank, şirkət və müəssisə daxildir: “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (ABB, ölkənin ən böyük bankı), “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO), “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti, “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu), Karbamid və Metanol zavodları.
“Səhmlərin birja vasitəsilə kütləvi təklif olunması baxımından onların arasında ən təcrübəlisi ABB-dir. Odur ki, ABB vasitəsilə bunu həyata keçirmək mümkündür. Amma digər müəssisələrin bu istiqamətdə təcrübəsi yoxdur. Buna görə də dövlət bu prosesə müəssisələrin necə hazırlaşmalı olduğuna qərar verə bilər. Yəni bu dövlət müəssisələrinin, bank və şirkətlərin səhmlərinin kapital bazarı vasitəsilə satılıb-satılmayacağına məhz hökumət qərar verməlidir”, - F.Axundov deyib.
Xatırladaq ki, dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlərə dair təkliflər 2024-cü ilin sonunadək Azərbaycan Prezidenti Administrasiyasına təqdim olunmalıdır.
Bu məqamda qeyd edək ki, IPO-lar son illərdə ən aşağı səviyyələrə enmiş səhm bazarında artıma səbəb ola bilər. Eyni zamanda, investorlar və yerli şirkətlər arasında bu sahədə maarifləndirmə işinin gücləndirilməsi maliyyə bazarlarında əməliyyatların həcminin artırılmasında müstəsna rol oynayır.
BFB-nin statistikasına əsasən, əgər 2017-ci ildə Azərbaycan səhm bazarı ümumi qiymətli kağızlar bazarının 5,2 %-ni təşkil edirdisə, 2024-cü ilin birinci rübündə onun payı 0,33 %-ə qədər azalıb. Yerli səhm bazarı 2017-ci ildə korporativ qiymətli kağızlar bazarının 82,7 %-ni təşkil edirdisə, bu il bu göstərici cəmi 1,6 %-dir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 saat əvvəl
Bakıda 1 nəfərə görə aylıq 1 manat, regionlarda 0,70 manat oldu
-
7 saat əvvəl
Hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tarifləri tənzimlənib
-
7 saat əvvəl
Naxçıvana biletlərin qiyməti dəyişməyib, Füzuliyə müntəzəm reyslər açılır
-
-
9 saat əvvəl
Şəhərdaxili avtobus marşrutları və metroda gedişhaqqı 50 qəpik olub
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sabah Bakıya yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda leysan olacaq
-
1 gün əvvəl
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın səhmdarlarının sayı azalıb
-
1 gün əvvəl
Azercell-in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub
![Cubics Rəqəmsal Həlləri ilə səmərəli yay tətili](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/1561b7d8-08ad-475a-9e73-c47aca34a829.jpeg)
Cubics Rəqəmsal Həlləri ilə səmərəli yay tətili
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
![Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı!](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/milli-marketinq-forumu.jpg)
Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı!
Ən çox oxunanlar
![“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın səhmdarlarının sayı azalıb](/storage/thumbnail/thumbnail/cdn/2022/Yanvar/22/hovsan-liman.jpg)
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın səhmdarlarının sayı azalıb
![Avrora Qrup 02 iyul 2024 tarixində "Açıq qapı" günü elan edir!](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/photo-output.jpeg)
Avrora Qrup 02 iyul 2024 tarixində "Açıq qapı" günü elan edir!
![Azərbaycan 16 sığortaçısının məcmu xalis mənfəəti 40 % artıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/sigortaci.jpg)
Azərbaycan 16 sığortaçısının məcmu xalis mənfəəti 40 % artıb
![Sürtgü yağları biznesilə məşğul olan Azərbaycan şirkətinin gəliri və xalis mənfəəti azalıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/exol.jpg)
Sürtgü yağları biznesilə məşğul olan Azərbaycan şirkətinin gəliri və xalis mənfəəti azalıb
!["Səba" "Chicken Pro" şirkətini satır](/storage/thumbnail/thumbnail/cdn/2021/İyun/30/seba-loqo.jpg)
"Səba" "Chicken Pro" şirkətini satır
![İranda prezident seçkilərinə yenidən Məsud Pezeşkian liderlik edir](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/3fe98c3b-aaf1-43f7-8f1f-f1ca45744020.jpeg)
İranda prezident seçkilərinə yenidən Məsud Pezeşkian liderlik edir
![Bakcell Şuşada yeni mağazasını təqdim etdi!](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/28/Bakcel-susa.jpg)
Bakcell Şuşada yeni mağazasını təqdim etdi!
![Tanınmış marketlər şəbəkəsi işçilər yığır - TƏCRÜBƏ VACİB DEYİL](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/26/kassir-satici/kassir-0.jpg)