Yapı Kredi Bank Azərbaycanın dəstəyi ilə “23 aprel Milli Suverenlik və Uşaqlar Günü” münasibətilə tədbir keçirilib
Yapı Kredi Bank Azərbaycanın dəstəyi ilə “23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı” münasibətilə tədbir keçirilib.
Korporativ sosial məsuliyyət yönümlü tədbirlərin hər zaman təşəbbüskarı və dəstəkçisi olan Yapı Kredi Bank Azərbaycan bu dəfə Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil Müşavirliyi tərəfindən Heydər Əliyev Sarayında qardaş ölkənin “23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı” münasibətilə keçirilən tədbirə dəstək olmuşdur.
Tədbirdə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdlərinin musiqili ifaları dinlənilib və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin, Atatürk Liseyinin şagirdlərinin türk xalqlarının rəqslərindən ibarət kompozisiyası ilə tamaşalar nümayiş etdirilib.
Tədbirin sonunda göstərdiyi dəstəyə görə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Yapı Kredi Bank Azərbaycana təşəkkürnamə təqdim etmişdir.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
16 d. əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
- 55 d. əvvəl
-
1 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
15 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"























