Coca-Cola Gəncləri Novruz Bayramı münasibətilə təbrik etdi
Coca-Cola Azərbaycanın dəstəyi, ADA Universiteti Fondunun əməkdaşlığı ilə Novruz bayramı ərəfəsində 10-cu Bahar Gənclik Festivalı “Bahar Youth” keçirilib.
Martın 15-də ADA Universitetinin kampusunda keçirilən Festivalda qonaqları DJ China ilə əyləncəli proqram, milli rəqs qrupunun çıxışları, milli xalçalar və ənənəvi antik əşyalardan ibarət sərgi qarşılayıb. Novruz ərəfəsində keçirilən Festivalda bayram ənənələrinə uyğun olaraq Universitetin kampusunda tonqal qalanıb, bayram şirniyyatları ilə çay süfrəsi təşkil edilib, müxtəlif bayram adətləri də yerinə yetirilib.
Festivalda yerli və xarici tələbələr, ADA məktəbliləri, universitetin müəllim və işçi heyəti, həmçinin tərəfdaş qurumların nümayəndələri birlikdə Baharın gəlişini bayram ediblər.
Coca-Cola şirkətinin Avrasiya üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, Coca-Cola Azərbaycanda ənənələr formalaşdırır:
“Coca-Cola-nın dəstəyi ilə ölkədə keçirilən bir neçə layihə var ki, artıq ənənəyə çevirilib. “Bahar Youth” festivalı da bunlardan biridir. Biz hər il gənclərlə, dostlarımızla birgə baharın gəlişini birgə qeyd edirik. Artıq 10-cu ildir baş tutan festivalın tərəfdaşı olmaqdan məmnunuq. Fürsətdən istifadə edib Azərbaycan gənclərini, Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirik”.
Festivalda şənliklərlə yanaşı gənclərin təbiətə qarşı həssaslığını təşviq edən məlumatlar da təqdim edilib. Sudan səmərəli istifadə və tullantıların təkrar emala göndərilməsinin önəmi diqqətə çatdırılıb.
Qeyd edək ki, Coca-Cola Novruz ərəfəsində Azərbaycanda bir sıra kampaniyalar həyata keçirir. Belə ki, Coca-Cola Novruz bayramı ərəfəsində “Novruz 2024” adlı xüsusi kampaniyaya start verib. Kampaniyada sarı qapaqlı və xüsusi etiketli 2.5 litr həcmli “Coca‑Cola Classic”, “Coca‑Cola Sıfır Şəkər”, “Fanta Portağal”, “Sprite” məhsulları iştirak edir. Kampaniyada üzərində “3 Qapağa 1 Hədiyyə” yazılmış üç sarı qapağı toplayıb iştirak edən hər kəsin 400 000 ədəd Coca‑Cola çərəz qablarından birini qazanmaq şansı yaranır.
Coca-Cola bundan əlavə şəhərin Bulvar ərazisində Səməni instalyasiyası, Gənclik Mall-da yaz elementləri ilə bəzədilmiş fotozona quraşdırıb. İlk çərşənbədən etibarən isə Novruz bayramı üçün xüsusi brendinq olunmuş 10 avtobus 2 ay ərzində şəhər ətrafında hərəkət edərək insanlara bayram möcüzəsini xatırladacaq.
Azərbaycan xalqının ən rəngarəng və zəngin bayramlarından olan Novruz ərəfəsində xeyirxahlığı da unutmayan şirkət “Nargis” Fondun təşkilatçılığı ilə keçirilən “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkasının əsas tərəfdaşlarındandır.
Xatırladaq ki, Coca-Cola məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri Coca-Cola, Fanta, Sprite, Bonaqua, Cappy və Fuse Tea kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur. 400-ə yaxın işçisi olan Coca-Cola Azərbaycan eyni zamanda təchizat zənciri vasitəsilə 5000-dən çox iş yerini dəstəkləyir. Şirkət tullantıların azaldılması, su ehtiyatlarının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 13 saat sonra
- 4 saat əvvəl
-
-
4 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
5 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
Ən çox oxunanlar
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır

















.jpg)



