İlin sonunadək buğdanın dərin emalı zavodunun tikintisinə başlanılacaq
“Bu ilin sonunadək buğdanın dərin emalı zavodunun qurulması layihəsi üzrə investisiyaların dəyərləndirilməsi və layihəndirilməsini bitirib inşaat işlərinə start vermək nəzərdə tutulur”.
Bu barədə “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, bu layihə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının emal olunaraq daha yüksək dəyərə malik ixrac qabiliyyətli məhsullara çevrilməsinə imkan yaradacaq:
“Dövlət dəstəyi bizim kimi şirkətlər tərəfindən tam dəyərləndirilməlidir. Dövlətin özəl sektora dəstəyinin maksimal effektivliyinə nail olmaq üçün bütün işləri görməyi hədəfləyirik ki, yekunda dövlət və özəl sektorun əməkdaşlığı daha da faydalı bir kənd təsərrüfatının yaranmasına gətirib çıxarsın. İstəyirik ki, hər il öz resurslarımız hesabına daha çox ərzaq təminatına nail olaq. Təbii ki, dövlət dəstəyi Azərbaycanda yerli istehsalın idxaldan asılılığı əvəzləməsinə xidmət edir və biz ona doğru gedirik. Lakin işimiz, nəzərdə tutduğumuz investisiya planları yalnız idxalın əvəzlənməsini hədəfləmir. Biz, həmçinin, yüksək texnologiyaların cəlb edilməsi hesabına yerli xammalın emalı nəticəsində yüksək əlavə dəyərə malik ixrac imkanlı məhsulların istehsalını hədəfləyirik”.
A.Mehdiyev qeyd edib ki, şirkət 2024-cü ildə də ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatının inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək. Ümumi olaraq yeni texnologiyaların tətbiqi ilə daha məhsuldar və effektiv nəticələrə nail olmaq üçün investisiya qoyuluşunun davam etdirilməsi planlaşdırılır.
© "Vergilər" qəzeti
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























